Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Həsən Zeynalov: “Mübarizəsiz təslim olmarıq”
    21.10.2026 19:48:35

    Qadınlardan ibarət “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Prosport.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

     

    - Qələbə münasibətilə təbrik edirik. Təəssüratlarınız necədir?

    - İlk növbədə, hamıya təşəkkür edirəm. Azərbaycanın, Tovuz rayonunun tarixinə düşəcək çox gözəl gün idi. Sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan və izdiham var idi. Bütün tovuzlulara təşəkkür edirəm. Sağ olsunlar, bizi tək buraxmadılar. Hamı həvəslə gəlmişdi və ürəklə iştirak etdi. Matçı gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, "Turan Tovuz" Futbol Klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev də izləyirdi. Onlar da bizi təbrik etdilər. Sağ olsunlar. Dəvətimizi qəbul edərək, oyunumuza gəldikləri üçün minnətdarlığımı bildirirəm. Uğurlarımızın davamı gəlsin!

    - Görüşdən əvvəl qeyd etmişdiniz ki, komandanız uduzsa da, mübarizə əzmini itirməyəcək. İlk matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyik?

    - Təbii. Komandamızın ən böyük və xüsusi fərqi odur ki, uduzsaq belə, bu, heç vaxt mübarizəsiz ola bilməz.

    - Azarkeşlər barədə nə deyə bilərsiniz?

    - Möhtəşəm idilər! Hamısına şəxsən təşəkkür edirəm. Var olsunlar! Biz içəridə idik, amma çöldə də xeyli azarkeş var idi, oyunu monitordan izləyirdilər. Demək olar ki, 3 setlik mübarizənin yarısını onlar, yarısını isə bizim komanda uddu.

    - Üçüncü setdə komandanız geri düşərkən hansı hissləri keçirirdiniz?

    - Əvvəllər həyəcan keçirirdim. Amma artıq təcrübəmiz olduğundan, problemin yaranmayacağını bilirəm. Yəni, hesabda geriyə düşmək aldadıcı da ola bilər. Elə bir həyəcan yox idi.

    - Oyunun asan keçəcəyini gözləyirdiniz?

    - 3:0 hesabı bizi aldatmasın. Oyun heç də asan keçmədi. "Mladost" bizimlə görüşədək 4 rəsmi matç keçirmişdi. Biz isə cari mövsümdə ilk rəsmi oyunumuza çıxırdıq. Özü də doğma meydanda. Azarkeşlərimiz rəqibə nə qədər təzyiq göstərirdisə, bizə bir o qədər həyəcan verirdi. Sevinirik ki, hər şey yaxşı oldu.

    - Yenilənmiş "Turan"ı gördükdən sonra bu komandanın hələ çox uzağa gedə biləcəyinə dair inamınız nə qədər artdı?

    - Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Amma bu, qrupa düşdükdən sonra yerimizdə saymaq istədiyimiz anlamına gəlməməlidir. Orada da nə isə etmək istəyirik. Zamanın axarına buraxaq. İnanıram ki, bunu da vaxtaşırı görəcəyik.

    Basketbol

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26
    Voleybol

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32
    Top oyunları

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51
    Voleybol

    Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarında

    22.10.2026 10:26:01
    Basketbol

    "Gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi" - Ərhan Tokər

    21.10.2026 23:41:07
    Top oyunları

    Avropa Kuboku: Azərbaycan klubu 3-cü oyunda da uduzdu

    21.10.2026 23:36:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Sabah Arena”da “Masazır tribunası”

    22.10.2026 23:33:57

    Fərid Qayıbov yeni idman zalının açılışında iştirak etdi

    22.10.2026 23:09:43

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26

    FIFA U-15 dünya çempionatını 81 hakim idarə edəcək

    22.10.2026 22:15:02

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32

    "Əsas hədəfim dünya çempionatında medal qazanaraq tarixə düşməkdir" - Rəşad Yelkiyev

    22.10.2026 21:16:51

    FIFA referimiz Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat aldı

    22.10.2026 20:49:31

    Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

    22.10.2026 20:15:18

    Azərbaycanın da ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi bilindi

    22.10.2026 19:43:13

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51

    Asim Xudiyev Arsen Vengerlə görüşüb

    22.10.2026 18:48:21

    Dambrauskas onlarla görüşdü, imzalar atdı

    22.10.2026 18:15:40

    I Liqa: "Gəncəbasar"dan 7 qollu darmadağın, "Karvan-Yevlax" uduzdu

    22.10.2026 17:45:46

    "Dünya çempionatında bu amildən səmərəli istifadə etməyə çalışacağıq" - Famil Xəlilov

    22.10.2026 17:13:46

    Millimizin dünya çempionatından öncə açıq məşqi olub

    22.10.2026 16:47:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved