Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Akademiya
    "Akademiya üçün şəhərə yaxın yer istəyirik" – Aftandil Hacıyevlə akademik söhbət
    26.08.2023 09:36:38

    "Qarabağ" klubu bu mövsümdən Akademiyanın da inkişafı üçün çalışır. Bu səbəbdən də klub Akademiyasında müəyyən dəyişikliklər nəzərə çarpır. Bunlardan biri də Akademiyanın yeni koordinatorunun olmasıdır.

    Hələ mayın 28-də ilk olaraq Prosport.Az-da Aftandil Hacıyevin "Qarabağ" Akademiyasının rəhbəri kimi iş təklifi aldığını xəbər vermişdik. Bu təyinatın rəsmiləşməsi isə iyulun 14-nə təsadüf etdi. Klub Aftandil Hacıyevlə 3 illik müqavilə bağladı.

    Prosport.Az olaraq "Qarabağ"ın bazasında Aftandil Hacıyevdən Akademiyadakı yeni işi ilə bağlı müsahibə götürdük.

    – Təyinatın rəsmiləşməsi bir az uzandı. Səbəb nə idi?
    – Açığı, ötən mövsüm başa çatdıqdan sonra 3 təklifim vardı. Premyer Liqa klublarında baş məşqçi və köməkçi məşqçi vəzifələri təklif olunurdu. Təkliflərdən də biri "Qarabağ"ın Akademiyasında koordinator işi idi. Bu səbəbdən də qərar vermək üçün vaxta ehtiyac duymuşdum. Bu gün burdayam və işimdən də məmnunam. Çünki bu komanda mənə yad deyil. 2007-2011-ci illərdə bu klubda oynamışam. Ən əsası, təklifi qəbul etməyimdə klub rəhbərliyinin Akademiya ilə bağlı qətiyyətini, gələcək planlarını görməyim rol oynadı. Öz ideyalarımı həyata keçirməyə vaxt tapmamışam. Çox istəyirəm ki, onları uşaq, yeniyetmə və gənc futbolçularımıza da çatdırım.

    – Siz daha çox "Səbail"də 4 il ərzində əsas komandadada gördüyünüz işlə yadda qalmısınız. Uşaq futboluna qayıtmaq çətinlik yaratmayacaq?
    – Əslində məşqçilik karyerama 2014-cü ildə "Qarabağ"ın əvəzedici komandası ilə başlamışam. Orada köməkçi məşqçi idim. 2015-2018-ci illərdə isə həmin komandanın baş məşqçisi oldum. 3 il ərzində çempionluğumuz da oldu, gümüş medalımız da. Daha sonra "Səbail"dən təklif gəldi və ilk ildə Azərbaycan çempionatının bürünc medalını qazandıq. UEFA Avropa Liqasında çıxış etdik. Düşünürəm ki, ilk mərhələdə avrokubok təcrübəsi olan çətin rəqib – "Universitatya" (Rumıniya) komandası bizə düşdü. Hər 2 oyunda uduzsaq da, məncə, tarixə biz tərəfdən yaxşı matçlar, azarkeşlər üçün bol qollu görüşlər kimi yadda qaldı (hər 2 görüşdə Rumıniya klubu 3:2 qalib gəlmişdi – red.). Ondan sonra "Səbail"də baş verən proseslər hamıya bəllidir. Klub çöküş yaşadı, qısa zamanda büdcə azaldıldı, oyunçular komandanı tərk etdi. Bürünc medal qazanan komandanı birdən-birə 14 nəfər tərk etdi. Əcnəbiləri az məbləğə yerli futbolçularla əvəzləməliydik. Çətin vaxtlar idi. Mən də klubun maddi cəhətdən düzələcəyi ümidi ilə işimə davam etdim. Vicdanım təmizdir ki, klubun ən çətin anında da yanında olmuşam.

    – Etiraf edərsiniz ki, “Qarabağ”da klub Akademiyası ilə bağlı işlər heç də yaxşı deyil. Siz koordinator olaraq nələrdən başlamağı düşünmüsünüz?
    – Bilirik ki, “Qarabağ” Akademiyasında bir çox problemlər var. Ən böyük problem meydança amili ilə bağlıdır. Belə desəm, Akademiyanın “yurd”u yoxdur. İcarə əsasında hardasa məskunlaşırıq. Əsas komandanın bazası var, ancaq Akademiyanın yoxdur. Klub rəhbərliyi məni gələcəkdə Akademiyanın bazasının olması ilə bağlı ümidləndirib. Hazırda bu yöndə danışıqları sürətləndirmişik. “Qarabağ”ın prezidenti Tahir Gözəl və klub direktoru Əmrah Çəlikəlin dəstəyi ilə düşününürəm ki, gözəl Akademiyaya sahib olacağıq.

    – Sonuncu dəfə Tahir Gözəl müsahibəsində Qaraçuxur qəsəbəsində yerləşən ərazini götürmək barədə bildirmişdi...
    – Bir çox təkliflər var. Futbolçuların məşqə gedib gələ bilmələri üçün də rahat yer olmalıdır. Bacardıqca, şəhərə yaxın yer istəyirik. Şəhərdən kənar qəsəbədə olsa, təbii ki, futbolçuların daşınması üçün avtobus servisi təşkil olunacaq. Bildiyiniz kimi, Binədə də yerimiz var. O yer çoxdan “Qarabağ”ın sərəncamındadır. Amma ora da uzaq olduğundan, digər alternativ variantlar üzərində düşünürük.

    – Əvəzedici komanda da Akademiyanın nəzarətində olacaq?
    – Bəli. İndiyə kimi əsas komandanın nəzdində fəaliyyət göstərirdi. Bildiyiniz kimi, cari mövsümdən əvəzedicilərin də ayrıca çempionatı var. Bu ildən bir vahid sistem kimi bu komanda da Akademiyaya daxil oldu.

    – Yəqin ki, əsas komandanın baş məşqçisi Qurban Qurbanovla da koordinasiyalı iş olacaq...
    – Bəli. Əsas komandaya yüksəlmək üçün istedadlı uşaq tək əvəzedici komandada yox, U-19, U-17, hətta U-16 komandamızda da ola bilər. Çalışacağıq ki, belə futbolçuları üzə çıxarmağı bacaraq.

    – Sizdən əvvəl Akademiyada Tacəddin Doğan işləyirdi. Bu işə başlayanda onunla hər hansısa məsələdə müzakirə olubmu?
    – O, klubdan ayrılanda mənim bura gəlməyim dəqiqləşməmişdi. Amma Tacəddin hoca ilə bir-birimizi əvvəldən tanıyırdıq, söhbətlərimiz daha əvvəl olub. Futbol adamıdır, yaxşı münasibətlərimiz var.

    – Aşağı yaş qruplarından nəticə tələb etmək düzgün deyil. Bəs bu mövsüm “Qarabağ”ın perspektiv vəd edən aşağı yaş komandaları hansılardır?
    – Hər bir yaş qrupumuzda istedadlı uşaqlar var. Düzdür, ötən mövsüm yuxarı yaş qruplarında olan futbolçularımızın bəziləri şəraiti daha yaxşı olan klublara keçdilər. Amma hazırda bu yaş qruplarında olan kortəbiiliyi aradan qaldırmağa, onları komplektləşdirməyə çalışırıq. Ötən il çempion olan U-15 komandamızda çoxlu istedadlı uşaqlar var. 6-7 futbolçumuz var ki, hər dəfə U-15 millimizə çağırılır. Bu uşaqları qoruyub saxlamaq və gələcəkdə əsas komandaya yüksəlmələri üçün nə lazımdırsa, edəcəyik. Onlar Türkiyənin Kocaeli şəhərində keçiriləcək Kartəpə turnirində yarışacaqlar. Yarış avqustun 31-dən sentyabrın 4-dək olacaq.

    – Bəs həmin vaxt onların U-15 liqası başlasa, necə olacaq?
    – Çempionatın sentyabrın 2-si başlaması gözlənilir. Belə olan halda, AFFA-ya 1 oyunluq bizə icazə vermələri barədə müraciət edəcəyik.

    – Son olaraq “Qarabağ” Akademiyasında uşaqları olan valideynlərə nə kimi söz vermək olar?
    – Onlara Akademiyanın bazası ilə bağlı bir qədər səbirli olmağı arzulayıram. Mən özüm də bu məsələdə ümidliyəm. İnşallah, bu il olmasa da, biz növbəti il o bazanı görəcəyik. Həmçinin yeni mövsüm öncəsi valideynlərə tövsiyə edərdim ki, uşaqlarını bir qədər sərbəst böyütsünlər, onları çox sıxmasınlar, onların məşçilərlə ünsiyyətinə çox qarışmasınlar. Belə olduqda futbolçunun fərd olaraq inkişaf etməsi də daha sürətli alınacaq.

    Səbuhi Musa

     


     

    Futbol

    "Çempionatımızın səviyyəsinin qalxması lazımdır" – "Qarabağ"ın 61 qolla bombardiri

    18.07.2025 14:41:50
    Akademiya

    “Qarabağ” üçün İsveç turniri başa çatdı

    17.07.2025 22:33:36
    Akademiya

    "Qarabağ"ın növbəti rəqibi İsveç komandası oldu

    17.07.2025 16:54:33
    Akademiya

    "Qarabağ"ın İsveçdə məskunlaşdığı məktəbdən eksklüziv görüntülər – FOTOLAR + VİDEO

    17.07.2025 16:17:36
    Futbol

    "Qarabağ" İsveç və Norveç komandalarının cütünün qalibi ilə qarşılaşacaq

    16.07.2025 23:42:56
    Müsahibə

    "Məni ona görə "qoca" çağırırlar ki..." – "Qarabağ"ın İsveç turnirindəki yeganə qol müəllifi

    16.07.2025 22:49:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" "Xayduk"la oyunlar üçün 21 futbolçu sifariş etdi – FOTO

    19.07.2025 11:49:40

    Millimiz dünya reytinqində 11 pillə irəlilədi

    19.07.2025 11:08:43

    Sərbəst güləşçilərimiz reytinq turnirini 7 medalla tamamladı

    19.07.2025 10:49:46

    "Sabah"ın "Petrokup"la hər iki matçının hakimləri açıqlandı

    19.07.2025 10:15:26

    Azərbaycanın Universiadada ilk medalı qızıl oldu

    18.07.2025 22:08:06

    "Xayduk" "Zirə" ilə oyundan öncə problemlə üzləşdi

    18.07.2025 18:39:17

    Ramiz Məmmədovla yollar ayrıldı

    18.07.2025 17:54:30

    Azərbaycan idmançıları EYOF-a yollandılar

    18.07.2025 17:21:58

    "Qarabağ"da gözlənilən ayrılıq rəsmiləşdi

    18.07.2025 16:40:16

    "Turan Tovuz" Bakıda, "Kəpəz" Qəbələdə, "Karvan" Şamaxıda oynayacaq

    18.07.2025 16:20:08

    Misli Premyer Liqasında yeni mövsümün püşkü atıldı

    18.07.2025 15:42:27

    Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında onlar təmsil edəcək – ADLAR

    18.07.2025 15:17:16

    Azərbaycan UEFA reytinqində ilk xallarını qazandı

    18.07.2025 14:50:46

    "Çempionatımızın səviyyəsinin qalxması lazımdır" – "Qarabağ"ın 61 qolla bombardiri

    18.07.2025 14:41:50

    "Araz-Naxçıvan" UEFA-ya 21 futbolçunun adını göndərdi

    18.07.2025 14:14:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved