Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    Millimizin üzvü Avropa çempionatından sonra karyerasını başa vuracaq
    11.08.2026 15:08:50

    Azərbaycanın qadınlardan ibarət voleybol millisinin aparıcı oyunçusu Polina Rəhimova yığma karyerasını başa vuracaq.

    Prosport.Az xəbər verir ki, voleybolçu bunu Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına açıqlamasında deyib.

    36 yaşlı hücumçu Bakıda təşkil olunacaq AVRO-2026-nın qrup mərhələsinin matçlarından sonra yığma ilə vidalaşacağını bildirib: "Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu alınmasa, ailə qurub ana olmağı planlaşdırıram".

    Ardıcıl doqquzuncu dəfə Avropa çempionatında mübarizə aparacaq təcrübəli voleybolçu milliyə qayıtdığı üçün qürur duyur: "Yenidən milli komandaya qayıtdığım və ölkəmizin bayrağını qoruduğum üçün necə qürurlu və xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. Artıq ikinci dəfədir ki, öz evimizdə oynayacağıq. Digər ölkələri qəbul etmək, Azərbaycanı dünyaya tanıtmaq və ölkəmizin səfiri olmaq böyük şərəfdir".

    Voleybolçu Milli Gimnastika Arenasında keçiriləcək C qrupunun oyunlarında Azərbaycan yığmasının hədəflərindən bəhs edib: "Komandamız dəyişib. Artıq heyətdə köhnə, təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır və əvəzetmə imkanlarımız o qədər də çox deyil. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Hazırda əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm, çünki reallığı görürəm və inkişaf etdirilməli çox məqam var. Biz, sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək".

    Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatında 4-cü yeri tutub. O, AVRO-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub. Təcrübəli idmançı 2015-ci ildə Yaponiya çempionatının matçında 58 xal toplayaraq bir oyunda ən çox xal toplamaq üzrə dünya rekorduna imza atıb.

    Avqustun 21-dən 28-dək keçiriləcək C qrupunun oyunlarında Azərbaycan millisi Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.

    Voleybol

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15
    Top oyunları

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32
    Top oyunları

    Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarında

    22.10.2026 10:26:01
    Top oyunları

    Həsən Zeynalov: “Mübarizəsiz təslim olmarıq”

    21.10.2026 19:48:35
    Top oyunları

    Millimiz Gürcüstana yollandı

    21.10.2026 12:46:46
    Voleybol

    “Turan” Çempionlar Liqasına qələbə ilə start verdi

    20.10.2026 20:35:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    NTD asan qələbə qazandı

    24.10.2026 16:42:55

    "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın gözü Azərbaycanda - Futbolçu axtarırlar

    24.10.2026 16:17:19

    "Şəfa" - "Kəpəz" - HEYƏTLƏR

    24.10.2026 15:46:41

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37

    Premyer Liqa klubu müvəqqəti baş məşqçiyə vaxt verdi

    24.10.2026 14:46:05

    Millimiz ilk oyunda "cırtdanlar"a uduzdu

    24.10.2026 14:16:57

    Bakıya səfər "Borussiya"nın futbolçularını yorub

    24.10.2026 13:51:12

    Bakıda növbəti "Böyük Dəbilqə" turnirinin vaxtı bilindi

    24.10.2026 13:12:20

    Şərifov, İnfantino və Nəcəf Hövsanda – FOTOLAR

    24.10.2026 12:50:43

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42

    Avropa Kuboku: Mingəçevir təmsilçisi cavab oyununa çıxır

    24.10.2026 11:40:10

    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli

    24.10.2026 11:15:05

    Veteran cüdoçularımız Portuqaliyada daha 2 medal qazandılar - FOTOLAR

    24.10.2026 10:48:26

    Azərbaycan Premyer Liqasında daha 2 oyun

    24.10.2026 10:23:12

    Bakıda dünya çempionatı başlayır

    24.10.2026 10:00:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved