Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA
    5.08.2026 15:58:30

    Dünən "Turan Tovuz" futbol klubu 2 milyon dollarlıq sponsorluq müqaviləsi bağladı.

    Prosport.Az-ın xəbərinə görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev futbolumuzun tarixində ilk dəfə olaraq məxfiliyi pozub 1 il ərzində əməkdaşlıqdan əldə edəcəkləri maliyyə məbləğini açıqladı.

    2 milyon dollar. Kifayət qədər yaxşı məbləğdir. "PeakEye" şirkətinin rəhbəri kimi bildiyimiz Ali Öztürk danışmasa da (hər halda onunla müqavilə bağlanıldı), E.Quliyevin sözlərindən belə anlaşıldı ki, tərəfdaş Türkiyəni təmsil edir.

    Bəs "PeakEye" şirkəti hansı sahədə fəaliyyət göstərən Türkiyə şirkətidir? Əvvəla, onu bildirək ki, "Gözün zirvəsi" mənasını verən bu şirkətin rəhbəri Ali Öztürk deyil. İnternet mənbələrində şirkətin İdarə Heyətinin sədrinin Tacəttin Çoban və onun həmtəsisçilərindən birinin Kürşat Oğuzhan Akıncı olduğu bildirilir.

    İstənilən halda, bizə şirkətin rəhbərinin kim olması o qədər də önəm kəsb etmir. Azərbaycan futboluna pul yatırılması bizi əsas xoşnut edən məqamdır. İmzalanma mərasiminin "Qarabağ" klubunun sahibi və baş sponsoru "Azersun"a məxsus "Dreamland" Qolf Kompleksində reallaşması sözügedən şirkətin də bu məsələdə "Turan Tovuz"a yardım etdiyi qənaətinə gəlməyə bizə əsas verir. Hər halda, Ehtiram Quliyevin futbola gəlməzdən əvvəl "Qarabağ" rəhbərliyi və baş məşqçisi Qurban Qurbanovla yaxşı münasibətlərinin olması heç kimə sirr deyil. "Azersun" və "Hüner Group"un rəhbərləri Bakıda fəaliyyət göstərməzdən əvvəl, Türkiyə mühitində biznes fəaliyyəti ilə məşğul olub.  

    Deyəsən, yuxarıdakı sualın cavabını unutduq. "PeakEye" hərbi sahədə fəaliyyət göstərir. Hərbi sahədə texnologiyalar – dron, ratsiya, mina detonatorları və s. məhz bu şirkət tərəfindən istehsal edilir. Şirkət kibertəhlükəsizlik sahəsində də aktiv fəaliyyətlə məşğuldur.

    İnternet mənbələrində bu şirkətin hansısa Türkiyə idmanına dəstək olduğuna dair məlumata da rast gəlinmir. Böyük ehtimalla, hərb sahəsində olduqlarından bir qədər hərbçi məxfilikləri də mövcuddur (bəlkə də Ali Öztürkün hərbçi xarakterinə məxsus danışmağa üstünlük verməməsi də buradan irəli gəlirdi). Çünki bu tərəfdaşlıq belə, şirkətin sosial şəbəkə hesablarında əksini tapmayıb. Bu səbəbdən "PeakEye" şirkətinin dəstəklədiyi ilk idman/futbol klubunun "Turan Tovuz" olub-olmaması haqqında dəqiq məlumat vermək çətindir.

    Səbuhi Musa

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05

    Premyer Liqa: "Kəpəz" "Qəbələ"ni, "Sumqayıt" "Şamaxı"nı qəbul edir

    12.09.2026 10:07:10

    Şahdağda qar polosu üzrə beynəlxalq yarış keçiriləcək – EKSKLÜZİV

    12.09.2026 09:49:23

    "Sabah"dan asan qələbə, "Zirə" "Qəbələ"yə uduzdu

    11.09.2026 23:48:03

    Nəriman Axundzadə ehtiyatda qaldı, komandası 3 top buraxdı

    11.09.2026 23:14:57

    Cüdoçularımızdan "Böyük Dəbilqə"yə medalsız start

    11.09.2026 22:43:16

    I Liqada tur sülhlə başa çatdı - VİDEO

    11.09.2026 22:13:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved