Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı
    18.06.2026 21:08:53

    UEFA Konfrans Liqasında iştirak etməyəcəyi dəqiqləşən “Turan Tovuz”un Türkiyədə bir ay nəzərdə tutulan təlim-məşq toplanışı cəmi 4 gün çəkib.

    Prosport.Az xitab24.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi Ankaranı tərk edərək artıq Vətənə qayıdıb.

    Bu isə komandanın maddi olaraq əlavə ziyana düşməsi deməkdir. Təxmini hesablamalara görə, klubun 14 iyuladək Qızılcahamam bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışını yarımçıq başa vurması komandanın azı 100 min manat ziyana düşməsi ilə nəticələnib.

    Bu isə növbəti dəfə “Turan Tovuz”un bu işə məsul olan idarəçilərinin futbol sahəsindən biliyinin biabırçı səviyyədə olduğunu göstərdi.

    Normalda avrokuboklarda iştirak etməyən klublar təlim-məşq toplanışına iyunun axırı, iyulun əvvəli başlayır. Belə olan halda düzgün planlaşdırılma aparılır, xərclər də ona uyğun sərf olunur.

    “Turan Tovuz”un cüzi də olsa da, avrokuboklarda iştirakına ümidi var idisə, təlim-məşq toplanışında iştirak etməklə bağlı qərar CAS-ın yekun cavabından sonra verilsəydi, daha doğru olardı. 

    Hər halda “Turan Tovuz”un Ankarada qaldığı hoteli vaxtından əvvəl tərk etməsi də, rezervasiya üçün edilən pulların geri qaytarılmayacağı anlamına gəlir. Bundan başqa, hesaba Azərbaycana qayıtmaq üçün təcili alınan baha qiymətə olan təyyarə biletlərini də qatmaq lazımdır. Eyni zamanda uzaq ölkələrdən gələn legionerlər üçün alınan bilet pulları da komandanı ikiqat ziyana salıb.

    Maddi tərəfi bir yana, ilboyu mövsümün sonunu gözləyən futbolçuların istirahətini də yarıda saxlaması onların psixologiyasına mənfi təsir göstərir ki, bu da onların meydandakı çıxışından təsirsiz ötüşmür.

    Bir sözlə, klub idarəçilərin səriştəsizliyi sayəsində, azı 2 futbolçunun illik maaşına bərabər olan məbləğ Ehtiram Quliyevin cibindən çölə atıldı...

    Hər halda komandanın bir ay nəzərdə tutulan təlim-məşq toplanışının cəmi 4 gün çəkməsi, heç bir yoxlama matçı keçirmədən vətənə qayıtmağı verilən qərarın doğru olmadığını bir daha göstərdi. Klub acıqla, göstərişlə, troll ordusu yaratmaqla, öz günahının cəzasını kimlərəsə yönləndirməklə yox, düzgün strategiya ilə idarə olunur.

    Son günlərdə baş verənlər, rəhbərin komandanın avrokuboklardan uzaqlaşdırlması ilə bağlı məktubdan zamanında xəbərdar olmaması göstərdi ki, Ehtiram Quliyevi hər dəfəsində aldatmağı bacarırlar. 

    Mais Mənsimovun Mübariz Mənsimovu, Zeynal Məmmədovun Hafiz Məmmədovu aldatdığı kimi...

    Hər ikisinin də, klubların da aqibəti bəllidir..

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    P.S.

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Hidayət Heydərov dünya çempionatını medalsız başa vurdu

    6.10.2026 14:05:14

    "Sabah"ın futbolçusu baxdı, "Qarabağ"ın qapıçısı sevindi

    6.10.2026 13:46:37

    "Yorğun olsam da, yorğun deyiləm" - Marko Yankoviç

    6.10.2026 13:16:54

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved