Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI
    16.06.2026 19:49:47

    Nəhayət, CAS-ın "Turan Tovuz" barədə qərarı açıqlandı. Hamı sakitləşdi. Günahkar ovuna çıxanlar da...

    Ümumiyyətlə, "günah keçisi" axtaranlar bu müddətdə çox oldu. Tovuz camiəsinə yaxın olanların günahkar axtarışında olarkən bu mövzuda atmacaları təxminən bu cür idi: "Allah bunu edənin bəlasını versin". Ancaq heç kim məsələnin bu yerə gəlib çıxmasında kimin barmağının olduğunu aşkar formada deyə bilmirdi və ya cəsarət etmirdi.

    Yalnız məsuliyyət hissindən azad olan tovuzlu azarkeşlər sosial şəbəkədəki kommentlərində "Zirə"ni və AFFA-nı günahlandırırdı. Onları da başa düşmək olar...

    AFFA demişkən, elə ilk olaraq bizim sayt bu məsələni ilk günlərdən araşdıranlardan oldu. İyunun 2-də AFFA rəsmilərini və "Turan Tovuz"un o vaxtkı rəhbəri Oqtay Abdullayevi tapıb danışdırdıq.

    "Turan Tovuz" camiəsindən fərqli olaraq, biz bu məsələdə AFFA-nın günahının olduğunu məsuliyyəti boynumuza götürərək açıqladıq. 1-cisi, hamının bildiyi məsələ vardı ortada. Kluba UEFA yarışlarında iştirak üçün AFFA tərəfindən lisenziya verilməsində günahkarın böyüyü elə AFFA idi. Bu hamının bildiyi məsələ idi. 2-ci məsələni isə Oqtay Abdullayevi tapıb danışdırarkən üzə çıxardıq.

    Abdullayevin sözlərindən sitat: "AFFA-ya 2017, 2018, 2019-cu illərdə şübhələndiyim oyunlarla bağlı yazılı müraciətlərim olub. Amma həmin ərizələri tapıb çıxarmırlar. Seymur Səlimliyə də demişəm ki, həmin məktubları üzə çıxarsınlar. Deyir ki, arxivə yaz, sənə verəcəklər. Deyəsən, 2017 və 2018-ci ildə yazdığım ərizələr klub rəhbərliyinə verilib, 2019-cu ildəkindən başqa". Göründüyü kimi, O.Abdullayev düz deyirsə, AFFA bilərəkdən həmin ərizəni vermir, hərçənd bu variant inandırıcı deyil. Böyük ehtimal ki, həmin sənəd arxivdən itib. Bu halda da AFFA məsuliyyətsiz davranışa görə günahkardır.

    Əgər həmin sənəd arxivdən tapılsaydı, indi katalon hüquqşünas Jozep Vandeyos (onun bu işlə məşğul olacağını da iyunun 3-də bildirmişdik) da bu dəqiqə "Turan Tovuz"a CAS-da qələbə qazandırmışdı.

    Bəs bu məsələdə tək günahkar AFFA-dırmı? Təbii ki, yox. "Turan Tovuz"da istər köhnə rəhbərlikdə olanlar, istərsə də indikilər bu məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bəs kimdir digər günahkarlar?

    1. Oqtay Abdullayev. Əvvəla, 7 oyunçunun cəzalandırılması onun dövrünə düşür. Saytımıza açıqlamasında bu 7 oyunçunun ömürlük futboldan uzaqlaşdırılmasında onun şikayətinin rol oynamadığını bildirib. Demək ki, bu 7 oyunçunun başqa üsulla ("Ağsu" futbolçularından birinin ad çəkməsi ilə) tapılması Oqtay Abdullayevi də xilas etməməli idi. Görünür, həmin vaxt AFFA-nın, daha dəqiq desək, sabiq baş katib Elxan Məmmədovun klubu olan "Turan Tovuz"da "gözəgörünməz əl" Oqtay Abdullayevi veteranlığına görə ömürlük cəzadan xilas edib. CAS da məhz bu məqamı qabardaraq UEFA-nın iyunun 2-də çıxardığı qərarı saxlayıb. Hazırda bu "Neftçi" veteranının bu klubda yer alması Tovuz futbolunu 1 illik avrokuboklardan ban etdi. "Turan Tovuz" camiəsinin "Allah bu işdə olanların bəlasını versin" dediyi şəxs və ya şəxslər içərisində üstüörtülü Abdullayevi də nəzərdə tutmaması mümkün deyil. Klubun Müşahidə Şurasında üzvlüyündən çıxarılsa, heç təəccüblənməyin.

    2. Digər klub rəsmiləri. Klub rəsmiləri də günahkardır. Əvvəla, ona görə ki, mətbuat bunu yazanda susqunluqlarını qorudular və "belə bir şey yoxdur, klub avrokubok üçün hazırlıqlara başlayacaq" kimi ilkin şablon cümləni özlərinə yaxın mediaya ötürdülər. Yalnız Oqtay Abdullayev müsahibəsində belə bir şeyin olduğunu dilə gətirdi. Klub rəsmiləri – Nəsimi Paşayev, Səməd Nəsibov kimi şəxslər ağızlarına su alıb durdular, klub prezidenti Ehtiram Quliyevi rəsmi qərarın olmadığına əmin etdilər. İyunun 2-də UEFA qərarı çıxanda qatar çoxdan getmişdi. Ümumiyyətlə, bu şəxslər klubda işçiləri kimi UEFA reqlamentindən xəbər tutmalı və kluba qoyulan qadağadan öncə məlumatlı olmalı idi. Sanki elə başa düşüldü ki, onlar da bu məlumatı mətbuatdan öyrənib və xüsusi vasitələrlə bunu yayanları "yalançı" çıxarmağa cəhd etdilər. Bu, "Turan Tovuz"da klub daxili idarəetməsinin düzgün olmadığını ortaya çıxardı...

    Səməd Nəsibovun potensialı bizə "Qəbələ"nin marketinq siyasətindən bəllidir. Bəs Nəsimi Paşayevə nə gəlib? Ümumiyyətlə, onun personası maraqlı tipajdır. Bu yaxınlarda bilindi ki, klubda İdarə Heyətinin sədr müavini "Bakı Metropoliteni"ndə mətbuat katibi işləmiş bu şəxsdir. İctimai-siyasi saytlarda işləyən jurnalistlər onun haqda heç də pis söz danışmır. Hər halda feysbukda yazılan şərhlərdən də belə aydın olur ki, onlarla yaxşı münasibət saxlayıb, kimlərsə məhz ona görə "Bakı metrosu" haqda pis nəsə yazmaq istəməyib. Amma adam "Huner Group"a gəldikdən sonra kifayət qədər dəyişdi, "burda mənəm, Bağdadda kor xəlifə" deyib durdu. Ehtiram Quliyev ona o qədər inandı ki, klubda 2-ci şəxsə çevirdi. Təəssüf ki, Nəsimi bəy ictimai-siyasi mediada yığdığı hörməti idman mətbuatında sağa-sola xərcləməklə məşğuldur. Tənqidə dözümsüzdür, hansısa tovuzlu jurnalist azca tənqid yazan kimi, ona çıxır, xəbəri sildirməyə çalışır.

    Belə klub idarəçiliyi olmaz, cənablar. Azərbaycan futbolunda kifayət qədər futbolu bilən kadrlar var. İstəsəniz, onlardan bir neçəsini təqdim də edə bilərik.

    Bir sözlə, özü yıxılan ağlamaz. İndi "Turan Tovuz" camiəsinə "Zirə"yə qarğımaq yox, avrokuboklarda uğur arzulamaq düşər. Tovuza məhz bu yaraşar...

    Ardı olacaq...

    Səbuhi Musa

    Futbol

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25
    Futbol

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45
    Futbol

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    Futbol

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32
    Futbol

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    Futbol

    Bakı Olimpiya Stadionu ÇL oyunlarına hazırdır - FOTOLAR

    8.10.2026 17:51:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40

    Bakı Olimpiya Stadionu ÇL oyunlarına hazırdır - FOTOLAR

    8.10.2026 17:51:31

    Azərbaycan klubunun üzvləri Türkiyədə lift qəzasına düşüb

    8.10.2026 17:18:03

    "Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışda

    8.10.2026 16:54:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved