Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov (60 kq) yarışdan sonra fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, güləşçi dünya çempionatını qızıl medalla başa vurmağı hədəflədiyini bildirib.
“Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim. Çox şükür ki, medalsız qalmadım. İnşallah, bu, son deyil”, – deyə Çərkəzov bildirib.
O, əldə olunan nəticədə məşqçilərinin böyük əməyi olduğunu vurğulayaraq onlara təşəkkür edib.
“Komandamızda hər şey qaydasındadır, sadəcə qızıl medal qazanmaq qismət olmadı”, – deyə yunan-Roma güləşçisi əlavə edib.

