“Şamaxı” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Markeşi heyətinə cəlb edib. 28 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Markeşin son klubu Portuqaliyanın “Amora” komandası olub.
Beləliklə, “Şamaxı” yay transfer pəncərəsində Azər Bağırov (baş məşqçi), Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Joao Oliveira, Teshager Degu, Tornike Akhvlediani, Abdul Raşid Mumini və Filipe Markeşi heyətinə qatıb.

