Şotlandiyanın “Seltik” klubu mövsümöncəsi hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Qlazqo təmsilçisi doğma meydanda İngiltərənin “Midlsbro” komandası ilə 1:1 hesablı heç-heçə edib.
Qonaqlar 25-ci dəqiqədə David Streletsin qolu ilə hesabı açsalar da, “Seltik” cəmi beş dəqiqə sonra tarazlığı bərpa edib. Komandanın yeni transferi Kamilo Duran Ceyms Forrestin məhsuldar ötürməsini qola çevirərək yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, kolumbiyalı hücumçu ardıcıl ikinci yoxlama oyununda da fərqlənərək ikinci qolunu vurub.

