Türkiyənin “Qalatasaray” klubu yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun planlarına daxil olmayan Viktor Nelsson, Elias Yelert, Halil Dervişoğlu və Metehan Baltacının adları Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.
Klub sözügedən futbolçular üçün lisenziya sifarişi verməyib. Bu səbəbdən onların yaxın vaxtlarda komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən oyunçuların hamısı ötən mövsümü icarə əsasında müxtəlif klublarda keçirib və mövsüm başa çatdıqdan sonra yenidən “Qalatasaray”a qayıdıblar.

