"Beşiktaş"ın yarımmüdafiəçisi Jan Onana karyerasını Türkiyə Superliqasının digər təmsilçisi "Eyüpspor"da davam etdirməyə yaxındır.
Prosport.Az xəbər verir ki, Kamerun millisinin 26 yaşlı futbolçusunun transferi ilə bağlı tərəflər əsas şərtlər üzrə razılıq əldə ediblər. Keçidin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Jan Onananın "Beşiktaş"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalına əsasən, kamerunlu yarımmüdafiəçinin bazar dəyəri 1 milyon avro qiymətləndirilir.

