UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - MOİK (Sofiya, Bolqarıstan) oyununun biletləri satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edir.
VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manat qiymətindədir.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” - MOİK görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

