Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Avropa çempionlarımızın "qızıl" təəssüratları: "Qələbəmi ölkəmizə həsr edirəm"
    19.05.2026 17:57:24

    Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçiləri qələbə təəssüratını bölüşüblər.

    Prosport.Az xəbər verir ki, idmançılar yarışla bağlı fikirlərini açıqlayıblar.

    Hüseyn Rzazadə (48 kq): “Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan məşqçilərə – Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram. Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək düya çempionatında da təkrarlamağa çalışacağam”.

    İbrahim Həsənov (51 kq): “Yarış çox yaxşı keçdi. Çox şükür ki, U17 yaş qrupunda debütümü çempionluqla qeyd etdim. Üstümdə böyük əməyi olan şəxsi məşqçim Rauf Xəlilova və ailəmə dərin minnətdarlığımı bildirirəm. Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamağa çalışacağam. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq”.

    Nihad Süleymanlı (80 kq): “İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim. Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq”.

    Güləş

    Dünya çempionatı: iki güləşçimiz yarımfinal görüşünə çıxır

    24.10.2026 17:37:06
    Güləş

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26
    Güləş

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13
    Güləş

    Namiq Əliyev namizədliyini götürdü, Nenad Laloviç 3-cü dəfə prezident seçildi

    23.10.2026 12:33:47
    Güləş

    Güləş yığmaları fizioterapistlərlə təmin olunacaq

    22.10.2026 11:49:17
    Güləş

    "Güləşçilərimiz dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar" - Elçin Cəfərov

    21.10.2026 19:16:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ağır vəziyyətdir" - "Şəfa"nın baş məşqçisi

    24.10.2026 18:51:27

    "Şəfa" "Kəpəz"ə də uduzdu

    24.10.2026 18:32:29

    "Komanda oyunu göstərə bilmədik" - Tahir Baxşıyev

    24.10.2026 18:12:38

    Dünya çempionatı: iki güləşçimiz yarımfinal görüşünə çıxır

    24.10.2026 17:37:06

    Bakıdakı dünya çempionatını buradan izləyin - Pulsuz

    24.10.2026 17:22:08

    NTD asan qələbə qazandı

    24.10.2026 16:42:55

    "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın gözü Azərbaycanda - Futbolçu axtarırlar

    24.10.2026 16:17:19

    "Şəfa" - "Kəpəz" - HEYƏTLƏR

    24.10.2026 15:46:41

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37

    Premyer Liqa klubu müvəqqəti baş məşqçiyə vaxt verdi

    24.10.2026 14:46:05

    Millimiz ilk oyunda "cırtdanlar"a uduzdu

    24.10.2026 14:16:57

    Bakıya səfər "Borussiya"nın futbolçularını yorub

    24.10.2026 13:51:12

    Bakıda növbəti "Böyük Dəbilqə" turnirinin vaxtı bilindi

    24.10.2026 13:12:20

    Şərifov, İnfantino və Nəcəf Hövsanda – FOTOLAR

    24.10.2026 12:50:43

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved