Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İmişli"nin hücum xəttinin güclənməsinə ehtiyacı var" – Jorj Kaşkilya
    16.01.2026 12:16:53

    "İmişli"nin portuqaliyalı baş məşqçisi Jorj Kaşkilyanın Prosport.Az saytına müsahibəsi

    – Təlim-məşq toplanışı necə keçir?
    – Məşqlər plan üzrə gedir. Hazırlıqların 1-ci mərhələsi fiziki yöndə çalışmalar idi. Çünki oyunçular 2 həftə istirahətdə olmuşdu. Bununla belə, futbolçuların fiziki durumu yaxşıdır. Çünki onlara individual proqram verilmişdi. Futbolçular bu proqrama riayət edib. 2-ci mərhələdə daha çox taktiki hazırlıq gedir. Çünki Premyer Liqada "Araz-Naxçıvan"la çətin oyunumuz var və bu matça hazır olmalıyıq.

    – Yoxlama matçı keçirəcəksiniz?
    – Cümə günü (bu gün) "Şəfa"ya qarşı yoxlama matçı keçirəcəyik. Bildiyiniz kimi, 1-ci yoxlama oyunumuz olub ("Şimal"la matçı nəzərdə tutur). Həmin matçda futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Bizim üçün maraqlı oyun idi və maraqlı da nəticə əldə etdik. 5:0 qalib gəldik. 2-ci oyuna daha ciddi hazırlaşacağıq. Çünki "Araz-Naxçıvan"la oyunda hansısa taktiki gedişatları tətbiq edəcəyik.

    – Komandanın düşərgəsində baxışda əcnəbi futbolçular da var. Onlardan neçəsinin komandaya götürülmə ehtimalı var?
    – Həmin futbolçuların çoxu gənc və təcrübəsiz olduqlarından, onlardan gözləntilərimiz çox deyil. Hələ ki onlara baxırıq. Amma hələ 2 həftə də vaxtları var ki, özlərini göstərsinlər. Hazırlığın 2-ci mərhələsində tələblərimiz sərt olacaq. Orada onlar barədə qərarlarımız özlərini necə göstərmələrindən asılı ola bilər.

    – Yəqin həmin futbolçular "Şəfa" ilə matçda sınanılacaq...
    – Əslində "Şəfa" ilə oyunda daha çox bizim Premyer Liqada oynatdığımız ilk "11-lik" oynayacaq. Çünki onları meydanda görməyimiz daha vacibdir.

    – "İmişli"nin hansı mövqelərinin güclənməsinə ehtiyac var?
    – Hücum xəttinin.

    Səbuhi Musa

    Basketbol

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Müsahibə

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Futbol

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Top oyunları

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved