AFFA U-16 Liqasının II mərhələsinin XI turunda “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Prosport.Az-ın xəbərinə görə, Sərhədçi İdman Mərkəzində keçirilən qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” ilk hissədə Nicat Rəhimli və Daniil Rəcəbov vurduğu qollar sayəsində üstünlüyü ələ alıb. 2-ci hissədə Nicat Rəhimli dublunu rəsmiləşdirib, Tunar Bayramovun qolu isə matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Rauf Əliyevin baş məşqçisi olduğu "Qarabağ" 27 xalla 2-ci sıradadır.

