Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Sonradan onları barışdırdıq" – Eldəniz Məmmədov
    12.04.2026 09:51:49

    AFFA U-15 Liqasının II mərhələsinin VII turunda lider “Neftçi” doğma meydanda “Qarabağ”ı 4:1 məğlub edib.

    Matçdan sonra “Neftçi”nin (U-15) baş məşqçisi Eldəniz Məmmədov Prosport.Az-a müsahibə verib.

    – Oyun haqqında fikirlərinizi bölüşərdiniz...
    – Ümumiyyətlə, “Qarabağ”la oyunlarımız çox maraqlı keçir. İlk matçda 2:1 hesabı ilə qələbə qazanmışdıq. Hazırda 6 oyunda 6 qələbəmiz var. Uşaqları motivasiya etmişdik ki, bu matçda da çempionluğu təmin edək. Son 3 oyunda 1 xal qazanmağımız kifayətdir. Komanda yaxşı hazırlaşmışdı, bütün uşaqları təbrik edirəm. 2-ci hissədə meydana daxil olan oyunçular da verilən tapşırıqları yerinə yetirdi. Meydanda istədiyimiz oyunu gördük. “Qarabağ” komandasını da təbrik edirəm. Yaxşı futbolçulardan ibarət, maraqlı oyun sərgiləyən komandadır.

    – Oyunda hər iki komandanın futbolçusu qırmızı vərəqə aldı. Bu epizod nə ilə bağlı idi?
    – Epizoda baxdıq. Rəqib komandanın futbolçusu cərimə meydançasında bizim oyunçunu tutmuşdu. Bizim futbolçu da buna reaksiya verdi. Belə hallar futbolda olur. Sonradan onları barışdırdıq.

    – Oyundan sonra ehtiyat skamyalar arasında da mübahisə yaşandı. Buna səbəb nə idi?
    – “Qarabağ”dan bir futbolçu bizim oyunçuya nəsə demişdi. Yüngül bir insident yaşandı. Onu da aradan qaldırdıq, tərəfləri barışdırdıq.

    – Son 3 oyunda komandanın nə qədər xal toplamaq potensialı var?
    – Son 3 oyunda 1 xal toplamağımız çempionluğu rəsmiləşdirmək üçün kifayətdir. Akademiyada müəyyən strategiyamız var. Potensiallı futbolçular yuxarı yaş qruplarında çıxış edir. Daha bir neçə oyunçu da həmin qruplara göndəriləcək. Eyni zamanda aşağı yaş qruplarından da futbolçular cəlb edəcəyik. Bundan sonra az oynayanlara da şans verəcəyik. Görək nəticə necə olacaq.

    – Gələn il Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı fikirləriniz necədir? Hazırkı heyətdə bu turnirdə iştirak edə biləcək futbolçular varmı?
    – Mənim fikrimcə, var. Hazırda komandamızda 4-5 futbolçunun əsas komandada çıxış edə biləcək potensialı mövcuddur. Rəhbərlik və koordinatorlar da bu barədə məlumatlıdır. Həmin futbolçularla əlavə işlər aparılır, onları hazırlayırıq. Çox istərdik ki, bizim futbolçular milli komandada çıxış etsin. Əsas odur ki, Azərbaycan qalib gəlsin, ölkəmiz üçün xeyirli olsun.

    Bahar Rüstəm

    Futbol

    Minifutbol millimiz Avropa çempionatının finalında

    3.06.2026 23:54:38
    Futbol

    "Zirə" daha 2 futbolçu ilə bağlı qərar verdi

    3.06.2026 23:13:32
    Futbol

    Minifutbol yığmamız finala çıxsa, bu komanda ilə qarşılaşacaq

    3.06.2026 22:21:45
    Futbol

    Elmar Baxşıyev Premyer Liqa klubunda

    3.06.2026 21:59:26
    Futbol

    Türkiyə millisinin DÇ-2026 matç cədvəli

    3.06.2026 20:29:06
    Futbol

    "Neftçi"nin sabiq üzvü Azərbaycandan ayrılmaq istəmir

    3.06.2026 20:24:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Minifutbol millimiz Avropa çempionatının finalında

    3.06.2026 23:54:38

    "Zirə" daha 2 futbolçu ilə bağlı qərar verdi

    3.06.2026 23:13:32

    Millimizin dünya çempionatındakı ilk rəqibləri bilindi

    3.06.2026 22:50:50

    Minifutbol yığmamız finala çıxsa, bu komanda ilə qarşılaşacaq

    3.06.2026 22:21:45

    Elmar Baxşıyev Premyer Liqa klubunda

    3.06.2026 21:59:26

    Millimiz Dünya Kubokunun pley-in mərhələsində – YENİLƏNİB

    3.06.2026 21:28:44

    Türkiyə millisinin DÇ-2026 matç cədvəli

    3.06.2026 20:29:06

    "Neftçi"nin sabiq üzvü Azərbaycandan ayrılmaq istəmir

    3.06.2026 20:24:07

    Xorvatlar azərbaycanlı futbolçunu bu qiymətə satacaq

    3.06.2026 20:15:27

    "Qarabağ" U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək

    3.06.2026 20:01:08

    "Xəzər Lənkəran" geri qayıdır?

    3.06.2026 19:34:17

    "Qarabağ" "Atletiko"nun sabiq qapıçısından imtina etdi

    3.06.2026 18:42:22

    Bakıdakı UFC turnirində azərbaycanlı "Tank" da iştirak edəcək

    3.06.2026 18:36:44

    Azərbaycan çempionu bölgə klubunun idman direktoru oldu

    3.06.2026 18:13:52

    AGF-də idmançı zədələri və digər aktual məsələlər müzakirə olundu

    3.06.2026 17:55:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved