Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Loren Alfonsonu təbrik edib.
Prosport.Az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:
"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!", - deyə paylaşımda qeyd edilib.