Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Multiidman yarışları
    "Həsrət Cəfərovla görüşdən sonra yazılan kommentlər mənə pis təsir etdi" – Ukraynanı təmsil edən azərbaycanlı
    9.08.2024 09:00:19

    Yunan-Roma güləşində 67 kq çəki dərəcəsində 2-ci dəfə olimpiya 2-cisi olan Pərviz Nəsibovun Prosport.Az saytına müsahibəsi

    – Bilirdik ki, 2-ci dəfə Olimpiada finalında qızıl medal qazanmaq istəyirdiniz. Ancaq bu dəfə də qismət olmadı...
    – Sözün düzü, qızıldan başqa özümə medal gözləmirdim. Fikirləşirdim ki, finalda 100% qalib gəlməliyəm. Amma Allahın işidir. Qismətim belə imiş. Deməli, bundan da çox çalışmalıyam ki, qızıl medal qazanım. İdmandır, hər şey olur.

    – Çempionluq üçün hansı detal sizə mane oldu?
    – Tələskənliyə yol verdim. Hesabda öndə ola-ola tələsdim və iranlı rəqibimə xal verdim.

    – Yarımfinalda Həsrət Cəfərov üzərində qələbəni qeyd etməyiniz sosial şəbəkələrdə fərqli cür yozuldu. Bu barədə nə deyə bilərsiniz?
    – Komment yazmağa nə var ki... Mən də o kommentləri oxumuşam. Həmişə Pərviz Nəsibov deyiləndə bir azərbaycanlı olduğum öncə qeyd edilir. Mən də bir Azərbaycan övladıyam. Azərbaycan adını heç vaxt yerə salmamışam. Hər yerdə də demişəm ki, Azərbaycan mənim doğma evimdir. Amma belə xoşagəlməz kommentləri görəndə adam bir az pis olur. Həsrətlə münasibətim pis deyil. Onunla salam-sağolum var. Çoxu yazırdı ki, iranlı güləşçi ilə görüşdə finalda uduzmağımı istəyirlər. Bu mənə pis təsir etdi.

    – Bu gün (dünən) medal kürsüsündə onunla qucaqlaşıb görüşdünüz...
    – Mənim 25, onun 21 yaşı var. Yaşca ondan böyüyəm. Mən ona yalnız yaxşı yol göstərə bilərəm. İndiyədək heç bir Azərbaycan güləşçisinə pisliyim dəyməyib. Bu gün onu medal qazanması münasibəti ilə təbrik etdim. 21 yaşı var, gələcəyi qabaqdadır. Ukraynaya gəlsə, bilsin ki, öz evinə gəlib.

    – Çox vacib görüşlərdən sonra gözünüzün şişmiş olduğunu görürük...
    – Sözün düzü, 67 kq-da hamı cin kimi güləşir (gülür). İnanmıram ki, kimsə qəsdən mənə belə zədə yetirir. Əsas odur ki, güləş döşəyindən əliboş dönmədim. Pis o olardı ki, medalsız qalardım. 

    – 2 final və 2-də də gümüş medal. Atalar 3-dən deyib. 4 il sonra sizdən Los-Ancelesdə qızıl medal gözləmək olar?
    – Artıq axşam yatmağa qorxuram. Çünki final görüşünə baxacağam. Bilirəm ki, qızıl medalı necə əldən verdiyimə görə çox peşman olacağam. Amma yenə deyirəm ki, bu, Allahın işidir. Hələ 25 yaşım var və inanıram ki, Olimpiadalarda qazandığım 2 gümüşü 2028-ci ildə 1 qızıla dəyişəcəyəm.

    – Ancaq nəzərə alın ki, Həsrət də növbəti Olimpiadaya iddialı gələcək...
    – (gülür) Gəlsin... Qızıl medalı bölərik

    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Olimpiya Oyunları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Döyüş növləri

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Döyüş növləri

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Döyüş növləri

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Olimpiya Oyunları

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved