Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kiloqram) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurublar.
Prosport.Az xəbər verir ki, buna idmançılarımızın uduzduqları rəqiblərin finala vəsiqə qazana bilməməsi səbəb olub.
Beləliklə, hər iki güləşçimiz yarışla medalsız vidalaşıb.
Qeyd edək ki, "Paris-2024" avqustun 11-də başa çatacaq.
