“Olimpiadadakı çıxışım zamanı çox şey alınmadı. Psixoloji cəhətdən istədiyim kimi toparlana bilmədim".
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.
"Paris-2024" Yay Olimpiya Oyunlarında 17-ci olan idmançımız çıxışını dəyərləndirib: “Böyük yarış idi. Yaxşı da formada idim. Amma mövsüm bir az qeyri-sabit keçdi. Bu da ən vacibdir. Psixoloji cəhətdən çətindir. Yaxşı mövqedə olmayanda narazı qalıram. Daha yaxşı nəticə istəyirdim. Ən vacib mərhələ 1/4 final idi. Orada ilk iki yerdən birini tutsaydım, sonrakı mübarizə üçün əsasım olacaqdı. Mən isə 4-cü yeri tutdum. Finalda liderlər mübarizə aparırdı. Amma medal şansı olmayan mərhələlərdə çıxış etməli oldum. Yarışlara çox emosional hazırlaşıram”.
Qeyd edək ki, Dımçenko C finalında 5-ci yeri tutaraq yekunda 17-ci olub.
