Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "Sumqayıt", qayıt qəsdinə, avrokuboku dilinin ucuna da gətirmə!
    1.08.2024 17:16:35

    "Sumqayıt", qayıt qəsdinə...

    "Qostinitsa" (Mehmanxana) sözünü özündə ehtiva edən bu sözlər "Həm ziyarət, həm ticarət" filmində rəhmətlik xalq artisti Nuriyyə Əhmədovaya aiddir. Dünən "Sumqayıt"ın Macarıstandakı oyunundan sonra nədənsə Nuriyyə xanımın bu sözləri beynimdə səsləndi...

    Bəli, "Sumqayıt" ötən mövsüm arzusuna çatdı. Nə yolla olur-olsun, avrokuboklara çıxdı və oynadı. Ancaq bundan nə qazandı? Təcrübə? Əlbəttə ki, yox. Riad Rəfiyevin vaxtında komanda artıq 3-cü dəfə avrokuboklara vəsiqə qazanırdı. Yəni, bu komandanın avrokubok təcrübəsi də vardı, yaxşı məşqçisi də. Ancaq klubun yeganə çatışmazlığı bu idi ki, hələ də bişmiş rəhbərliyi yoxdur.

    Klub avrokuboklara çıxır, komanda uğur qazandığı futbolçularını göndərir. Onların başında Danimarkanın "Vayle" klubuna gedən yapon mərkəz yarımmüdafiəçisi Masaki Murata gedir. Yerinə isə gələnlər o deyillər. Bu, "Şkendiya" ilə, "Çukariçki" ilə oyunlar vaxtında da belə olub, indi də.  

    Monteneqrolu hücumçu Nikola Vuynoviçi meydanda görən oldu? Adam hər oyunda sarı vərəqə alması ilə yadda qaldı. Göndərilən eston Erik Sorqanın "ölüsü" belə Vuynoviçin "diri"sindən gözəl idi mənə görə.

    Ümumiyyətlə, komandada seleksiya işi o qədər bərbad alınıb ki, elə başa düşülür ki, yeni transferlər sanki elə Premyer Liqa üçün edilmişdi. İlk oyunda Vuynoviç, bosniyalı sol cinah müdafiəçisi Slavişa Radoviç, braziliyalı dayaq yarımmüdafiəçisi Fernandu Medeyrus və Rəhim Sadıxov 2-ci hissədə əvəzləndilər. Bu isə o deməkdir ki, bu futbolçular hələ yeni komanda üçün hazır deyildilər. Nə ilk oyunda, nə də cavab oyununda özlərini göstərə bildilər.

    Səbuhi Abdullazadənin heç bir taktiki üslubun nəticəsi olmayan qolunu saymasaq, "Sumqayıt" hər iki matçda aciz göründü və "Fehervar" hər iki oyunda qələbəni haqq edən tərəf idi. Cavab matçında əvəzetmələrin 90+2-ci dəqiqədə edilməsi Samir Abasovun B planı üçün əlində lazımi heyətin olmamasına görə idi. 

    Ancaq bu məsələdə Samir Abasovun da günahı az deyilmi? Hər zaman açıqsözlülüyü ilə seçilən Abasov menecerlik qabiliyyətini də bu illərdə mənimsəmiş rəhbərinə demir ki, bu nə oyunçulardır mənim üçün gətirmisən, budur sənin futbolçu seçimin? Sanki o da elə bundan razıdır. "Neftçi"dəki avrokubok təcrübəsi zamanı da onun rəhbərliyi vaxtında transfer edə bilməyib onu oda atmışdı, indi də. Deməli, adamın da sözü bəzi hallarda keçmir.

    Bəli, "Sumqayıt" "Zirə" və "Sabah"dan fərqli olaraq, avrokuboklara hazır deyildi. Avrokubok sənin şəhərin, sənin azarkeşin, sənin stadionun üçün ömür boyu 1 mərhələdən ibarət olacaqsa, ötən mövsüm bu qədər canfəşanlığa, çığır-bağıra nə halət vardı ki? Ona görə də, "Sumqayıt", eşidirsən? Qayıt, gəl qəsdinə. Premyer Liqa səni gözləyir. Sənin yerin elə oradır. Amma sən sən ol, bir də avrokubok adı çəkmə. Nə qədər bu rəhbərlik var, dilinin ucuna da gətirmə. Qoy haqqı olanlar orada yer alsın...

    Vasif Şükür

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - Fotolar

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved