"Qarabağ" Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqları davam etdirir.
Prosport.Az-ın məluatına əsasən, Ramil Şeydayevin ayrılığı və Musa Qurbanlının da Avropa yollanmaq ehtimalı yarandığı üçün Ağdam təmsilçisi irəli xətti gücləndirmək üçün fəaliyyətini davam etdirir.
Türkiyənin "Konyaspor" klubunda yarılan millimizin üzvü Zaqreb "Dinamo"suna qayıtmaq istəmir. Mahir "Qarabağ" variantına isti baxır. Lakin onun başqa təklifləri də olduğu üçün danışıqlar sürətli şəkildə davam etmir.
"Qarabağ"ın əsas planı Mahir Emrelini Zaqreb təmsilçisindən icarəyə götürməkdir.
