Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO
    4.09.2026 00:19:57

    AFFA daxilində fəaliyyət göstərən 3 federasiya ləğv edilib.

    Prosport.Az-ın xəbərinə görə, bunlar Azərbaycan Futzal Federasiyası, Azərbaycan Çimərlik Futbol Federasiyası və Azərbaycan Əlillər Futbolu Federasiyasıdır.

    Onların hamısı bir departamentdə birləşdirilib. Bu vəzifəyə isə Fərid Babayev təyin olunub.

    Fərid Babayev kimdir? O, may ayından AFFA-da çalışmağa başlayıb. May-iyun aylarında AFFA-da Kommersiya işləri üzrə menecer vəzifəsində çalışıb.

    AFFA-ya gələnədək isə 2009-2020-ci illərdə Yaponiyanın tütün şirkətində merkandayzer olub, supervayzer və satış üzrə təlimçi vəzifələrində işləyib. Həmçinin, 2021-2022-ci illərdə "Baku Gold Trade"də direktor, 2022-2023-cü illərdə "Loto Marketing and Consulting" MMC-də supervayzer və 2023-2026-cı illərdə "Fortuna Trade" MMC-də baş direktor vəzifələrində çalışıb. Onun çalışdığı son şirkət avtomobil sürtkü yağları və filtrlərinin satışı ilə məşğul olub.

    Əldə etdiyimiz məlumata görə, Fərid Babayev ləğv edilən federasiyaların prezidentləri ilə görüşüb, onlardan halallıq da alıb.

    Köhnə Futzal Federasiyasından yeni yaradılan departamentdə yalnız Fərrux Hüseynzadə təmsil olunacaq. Fərrux Hüseynzadə 2019-cu ildən federasiyada menecer və futzal millisində baş inzibatçıdır. O daha əvvəl bu federasiyada koordinator (2018-2019) və "Səbail" Akademiyasının baş meneceri (2019) vəzifələrində çalışıb.

    Həmçinin, Çimərlik Futbol Federasiyasının meneceri, çimərlik futbolu millisinin inzibatçısı Rüfət Həsənov və 2020-ci ildən (ötən il təkrar seçilmişdi) Əlillər Futbolu Federasiyasının prezidenti olan Elşad İbrahimli yeni departamentdə fəaliyyətlərinə davam edəcək.

    Qeyd edək ki, bu anadək Azərbaycan Futzal Federasiyasının prezidenti "Araz-Naxçıvan" klubunun sahibi, Naxçıvan Futbol Federasiyasının prezidenti, "Samaya Co" MMC adlı gəmiçilik şirkətinin rəhbəri Zaur Axundov olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti isə 1994-cü ildən fəaliyyət göstərən "Novco" şirkətlər qrupunun rəhbəri, Türkiyənin məşhur "LC Waikiki" mağazasını ilk dəfə 1999-cu ildə Azərbaycana gətirmiş, 100-dən çox ölkədə olmuş səyyah-alpinist Fərid Novruzi idi. Hər iki şəxs 2008-ci ildən – AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun işlədiyi dövrdən bu federasiyalara rəhbərlik edirdi.

    Səbuhi Musa

    Futbol

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34
    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Minifutbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved