Futzal üzrə Yüksək Liqada yeni mövsüm 2 mərhələdən ibarət olacaq.
Prosport.Az xəbər verir ki, bu barədə yarışın təqdimat mərasimində AFFA-nın Futzal Departamentinin rəhbəri Fərid Babayev açıqlama verib.
Onun sözlərinə görə, 2 dövrəlik mübarizə yekunlaşdıqdan sonra 2-ci mərhələdə 2 qrup formalaşdırılacaq.
İlk 6 yeri tutanlar Çempionluq qrupunda, 7 – 10-cu yerlərin sahibləri isə Prestij qrupunda mübarizə aparacaqlar.
I Liqada isə çempionat 11 komandanın iştirakı ilə 2 dövrəli sistem üzrə keçiriləcək və ümumilikdə 22 turdan ibarət olacaq. Hər komanda rəqibləri ilə 2 dəfə qarşılaşaraq 20 oyun keçirəcək.
Yüksək Liqada 87, I Liqada 110 oyun keçiriləcək.
