Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    "İşlərimin çoxluğu ilə əlaqədar "Neftçi"dən ayrıldım" – Kamran Ağabalayev gedişinin səbəbini açıqladı
    10.07.2024 14:05:50

    "İşlərimin çoxluğu ilə əlaqədar olaraq "Neftçi"dən ayrıldım. Film çəkilişlərinin çoxu Rusiyanın Sankt-Peterburq şəhərində, Mərakeş və Hindistanda olduğundan, "Neftçi" TV-yə vaxt ayıra bilməyəcəkdim. Ona görə də ayrılmaq qərarı verdim".

    Bunu Prosport.Az saytına açıqlamasında "Neftçi" TV-nin sabiq rəhbəri, kinoaktyor Kamran Ağabalayev deyib.

    O, klubu tərk etməsinin "Neftçi"ni AFFA-ya dəyişən Aysu İbrahimli ilə əlaqədar olmadığını bildirib: "Yox, elə olsaydı, onunla birgə ayrılardım. O məndən qabaq "Neftçi"dən gedib. Bunun o məsələyə aidiyyəti yoxdur. Ayrılmağım çəkilişlərlə bağlıdır. Şəxsi qərarımdır. Hazırda Sankt-Peterburqdayam. Çəkilişlər 8 ay davam edəcək. Ondan sonra "Netflix"in layihəsi də var. Kim məni bu qədər gözləyər? "Neftçi"yə keçəndə də öncədən demişdim ki, öz karyeram da var.

    Hər zaman "Neftçi" azarkeşi olaraq qalacağam. Bundan sonra da lazım olarsa, kluba kömək etməyə hazıram".

    44 yaşlı Kamran Ağabalayev işlədiyi təxminən 1 illik müddətdə işinin öhdəsindən gəldiyini bildirib: "Mən düşünürəm ki, işimin öhdəsindən çox gözəl gəldim. Ümumiyyətlə, qarşımıza qoyduğumuz planlar çox idi. Mənim orada olub-olmamağımdan asılı olmayaraq, uşaqlar o planları yerinə yetirəcəklər. Bir sözlə, əvvəl də biz yox idik, "Neftçi" vardı. İndi də "Neftçi" olacaq. Ona görə də hər bir halda "Forza Neftçi"!

    Qeyd edək ki, bazar ertəsi keçirilən klubdaxili iclasdan sonra bəzi şəxslərlə yollar ayrılıb. Klubun mətbuat katibi Emin Əfəndi onların sırasındadır. Əvəzində klubda yeni təyinat reallaşıb. Bu, "Neftçi"nin sabiq mətbuat katibi Rüstəm Əfsərlidir. "CBC Sport"u "Neftçi"yə dəyişən Əfsərli klubda media üzrə koordinator təyin olunub. Onun vəzifəsinin nədən ibarət olduğu açıqlanmasa da, "Neftçi"də Aysu İbrahimlinin gedişi ilə ləğv olunan Kommunikasiyalar üzrə direktor funksiyasını icra edəcəyi gözlənilir.

    Xatırladaq ki, daha əvvəl administrativ işlər üzrə direktor Səbuhi Rzayevlə yollar ayrılmışdı. O, ötən il sentyabrın 26-da klubun yeni strukturu təsdiqlənəndə təyinatı açıqlanan şəxslər arasında idi.

    Səbuhi Musa

    Futbol

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Özəl xəbər

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Özəl xəbər

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Futbol

    Mahir Emrelinin Polşa klubuna keçidi dəqiqləşdi

    18.07.2026 14:26:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved