Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    AFFA İcraiyyə Komitəsinin bu qərarı niyə ictimaiyyətdən gizlədildi? – ÖZƏL SƏBƏB
    5.06.2023 12:40:38

    AFFA İcraiyyə Komitəsinin iyunun 3-də Azərbaycan Kubokunun finalı öncəsi "Bakcell Arena"da keçirdiyi fövqəladə iclas zamanı verdiyi qərarlardan daha biri məlum olub. Qurum saytı vasitəsilə yalnız II divizionun yaradılması ilə bağlı AFFA baş katibliyinə və PFL-ə tapşırıq verildiyini bildirsə də, digər qəbul edilən qərarı gizlədib.

    Prosport.Az saytının xəbərinə görə, buna səbəb AFFA ilə dövlət qurumu olan Gənclər və İdman Nazirliyi arasında yaranan narazılıqdır.

    Belə ki, FIFA və UEFA-dan ayrılan maliyyə vəsaiti ilə AFFA Tərtər şəhər stadionunda təmir işləri aparmaq qərarı verib. Hələ fevralın 27-də AFFA 2000-2500 tamaşaçı tutumuna malik olacaq stadionun təmiri ilə bağlı tender elan edib, aprelin 5-dək işin təhvil verilməsini istəyib. Qalib şirkət müəyyənləşsə də, təmir işləri aparılsa da, nazirlik sonradan bu stadionun onların balansında olduğunu bildirib. Qanunən ictimai birlik olan AFFA isə dövlət qurumu ilə baş-başa gəlmək istəmədiyindən, geri çəkilməli olub. Bu səbəbdən ötən ay təmir dayandırılıb. Yeri gəlmişkən, təmir işlərinin dayandırılması barədə ilk xəbəri futbolinfo.az saytı ictimaiyyətin diqqətinə çatdırıb. Həmin materialda AFFA-nın mətbuat xidmətindən xəbər təsdiqlənib. 

    İcraiyyə Komitəsinin son iclasında FIFA və UEFA-dan ayrılan həmin pulun AFFA balansında olan stadionlara ayrılmalı olduğu barədə qərar verilib. Belə ki, həmin maliyyə vəsaitinin Binə stadionu, Mərdəkandakı "Dalğa Arena" və 8-ci km qəsəbəsindəki "Bakcell Arena"dakı təmir işlərinə yönəldilməsi bildirilib. AFFA tərəfindən müvafiq qərarın açıqlanması nazirliyin stadionun təmir işlərinə müdaxiləsinə işarə verəcəkdi. Bu səbəbdən onsuz da əskisi tüstülü olan AFFA özlərinə əlavə problem yaratmaq istəməyərək qərarı gizlətməyə çalışıb. 

    Qeyd edək ki, yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Həmin iclasda Azərbaycan futboluna təsir edəcək köklü qərarların çıxarılacağı gözlənilir.

    Səbuhi Musa 

    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futzal

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Özəl xəbər

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Özəl xəbər

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved