Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA İcraiyyə Komitəsinin yeni üzvləri kimlər olacaq? – TANITMA
    23.03.2024 19:20:57

    Bu gün AFFA İcraiyyə Komitəsinin üzvləri rəsmi şəkildə açıqlandı. Demək olar ki, yeni 9 üzvdən 7-si bizə tanış simadır.

    Belə ki, "Neftçi" veteranı olan Səməd Qurbanov həmin klubun Müşahidə Şurasının üzvü, Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi, Maqsud Adıgözəlov "Sabah"ın prezidenti, Balakişi Qasımov İTV-nin baş direktoru və Qılıncoynatma Federasiyasının prezidenti, Sərxan Hacıyev AFFA-nın baş katibi (Elxan Məmmədov kimi həm də AFFA-nın icraçı vitse-prezidenti olacağı gözlənilir və yaxud baş katib postundan ayrılacaq – red.), Zaur Axundov "Silk Way Holding"in rəhbəri və AZAL klubunun əvvəlki prezidentlərindən biri, Ülvi Mansurov Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini və bəstəkar Eldar Mansurovun oğlu kimi tanınır.

    Bəs digər 2 yeni namizəd kimdir? Prosport.Az bunu araşdırıb.

    Xəyal Cəfərov Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən ayrılmış 5 yer üçün adı təqdim olunan şəxslərdən biridir. Dəqiqləşdirsək, İcraiyyə Komitəsinə namizədliyi "Sumqayıt" klubu tərəfindən irəli sürülüb. Daha əvvəl mətbuatda Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyevin ola biləcəyi, amma bunun dəqiq olmadığı bildirilsə də, sonda namizəd kimi onun adı verildi.

    Xəyal Cəfərov AFFA prezidentliyinə "Neftçi" tərəfindən namizədliyi irəli sürülmüş (bu klubun Müşahidə Şurasının üzvüdür – red.) SOCAR prezidenti Rövşən Nəcəfin kadrı hesab olunur. Belə ki, o, "SOCAR karbamid" zavodunun direktoru olub. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş zavodun açılışı 2019-cu ilin yanvarın 16-da olub və burada ölkə başçısı İlham Əliyev zavodu rəsmən işə salıb (“SOCAR karbamid” zavodunun ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib). O vaxtdan ötən ilin iyulunadək zavodun direktoru məhz X.Cəfərov olub. Ötən ildən o, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktorudur. O, yeni üzv kimi AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovu əvəzləyəcək.

    Leyla Xəlilova-Rzazadənin namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi, daha dəqiq desək, Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən irəli sürülüb. Əvvəl bu postda elm və təhsil naziri Emin Əmrullayevin müavini olan Firudin Qurbanov idi. Onu yenə eyni nazirlikdən kiminsə əvəzləyəcəyi bəlli olsa da, yeni şəxsin adı məlum deyildi.

    Bəs bu xanım kimdir? Leyla Xəlilova-Rzazadə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiridir. Ancaq onun qarşısında S.İ.E. qeydi də var. Yəni, səlahiyyətləri icra edən şəxsdir. Bu, nazirliyin saytında olan bənddir. O həmçinin digər mənbədə Təhsil islahatlarının koordinasiyası sektorunun müdiri, Elm və Təhsil Nazirliyinin gender məsələləri üzrə məsul şəxsidir. L.Xəlilova-Rzazadə 2021-ci ilin oktyabrında 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub. Həmin vaxtdan etibarən onun nazirlikdə iş təcrübəsi başlayıb. Onun AFFA İcraiyyə Komitəsinə üzvlüyü ilə bu qurumda qadınların sayı 2-yə çatacaq. Belə ki, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyevanın namizədliyi yenidən irəli sürülüb.

    Qeyd edək ki, AFFA prezidentliyi və İcraiyyə Komitəsi üzvlüyünə seçki aprelin 2-də keçiriləcək.

    Səbuhi Musa

    Özəl xəbər

    "İmişli" sabiq baş məşqçisini geri qaytarır – FOTO

    29.05.2026 15:31:08
    Futbol

    "İmişli" "Barselona"nın məşqçisinə təklif göndərib – ÖZƏL

    29.05.2026 14:57:10
    Futbol

    "İmişli" portuqaliyalı məşqçini yola salır – EKSKLÜZİV

    4.05.2026 09:38:48
    Özəl xəbər

    Elvin Cəfərquliyev Yunanıstan nəhəngi ilə danışıqlara başladı – ÖZƏL

    29.04.2026 19:46:11
    Özəl xəbər

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi

    12.03.2026 00:00:46
    Digər idman növləri

    Miçoviçin Bakıya gəliş səbəbi bilindi: Dünya çempionu Azərbaycan adından çıxış edə bilər

    2.02.2026 16:32:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bizi Azərbaycan yığması ilə çətin sınaq gözləyir" - Maltalı futbolçu

    4.06.2026 22:16:19

    "Bu, futbolla vidalaşdığım anlamına gəlmir" - Amin Seydiyev

    4.06.2026 21:55:26

    "Şahruddinlə rəqabət üçün darıxmışdım" - Emil Balayev

    4.06.2026 21:27:23

    Millimizin Maltaya qarşı start heyəti bilindi

    4.06.2026 21:14:36

    "Elvin Cəfərquliyev özünə yeni klub tapmalıdır" - Ayxan Abbasov

    4.06.2026 21:05:44

    Vüqar Əsgərli "İmişli"yə keçidinə münasibət bildirdi

    4.06.2026 20:36:32

    "Qarabağ" və Xorvatiya klubu nədə anlaşıb?

    4.06.2026 20:17:57

    "Bütün futbolçularımızdan qol gözləyirik" – Siyasət Əsgərov

    4.06.2026 20:06:49

    "Ayın qolu" layihəsində qaliblər bəlli oldu

    4.06.2026 19:44:29

    Mourinyu Türkiyədən Avropa Məhəkəməsinə şikayət etdi

    4.06.2026 19:28:04

    Çempionu "Zirə"yə dəyişdi – 2 illik müqavilə

    4.06.2026 18:43:49

    Azərbaycanı Tallində bu qadın idmançılar təmsil edəcək – ADLAR

    4.06.2026 18:18:40

    Marko Yankoviç "Qarabağ"dan ayrılır? – Özü açıqladı

    4.06.2026 17:45:54

    Premyer Liqanı tərk edən komandada 2 ayrılıq

    4.06.2026 17:15:36

    Millimizin futbolçusu daha 2 il "Sabah"da

    4.06.2026 16:45:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved