Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qurban Qurbanov nümunəsi - YAZI
    15.03.2024 12:00:22

    90-cı illərin məhşur filmlərindən biri olan "Брат" flmində az qala özü qədər məhşur dialoq gedir. Filmin əsas qəhrəmanı olan Bodrov qardaşına sual verir ki, əsl güc nədədir. Qardaşı da, cavab verir ki, əsl güc puldadır. Post bir az uzun ola bilər, haqqınızı halal edin, lakin ehtimal ki, nələrisə götürə bilərsiniz buradan.

    Dünən Azərbaycan futbol tarixinin ən vacib oyununun şahidi olduq. Oyunun gedişatını təkrar etməyəcəm, diqqəti hadisənin ən önəmli qəhrəmanına - Qurban Qurbanova cəmləmək istəyirəm. Buradan rəhbər olaraq götürdüyüm dərsi sizinlə bölüşmək, 3 hadisəni danışmaq istəyirəm:

    1. İl 2014. "Qarabağ" UEFA kubokunda İtaliyanın İnter komandası ilə oynayır. Komandamız oyunun sonunda təmiz qol vurur, hakimlər onu saymır deyə "Qarabağ" 1/8 finala çıxa bilmir. Hamı məyus və üzgün olur. Qurban Qurbanov nə deyir? Gərək elə oynayardıq ki, bu qol və oyuna qədər məsələləri həll edərdik, başqa şeyə ehtiyac olmazdı. Yəni sayılmayan qola və hakimlik məsələsinə toxunsa da, səhvi özündə də axtarır.

    2. İl 2022. "Qarabağ" Konfrans Liqasında cavab oyununda Fransanın "Marsel" komandası ilə oynayır. Oyunun birinci hissəsində İbrahim Vadji topu tora əli ilə daxil etsə də, bu, hakimlərin diqqətindən yayınır. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alır. Qarşıdurma baş verir. Qurban müəllim nə edir? İbrahima Vadjini yanına çağıraraq onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edir və polşalı referi məhz bundan sonra qolu ləğv edir.

    3. İl 2024. Ötən gecə baş verən hadisə. Daha doğrusu, hadisədən sonra baş verənlər. Dünyanın ən yaxşı formada olan 5 komandasından biri ilə oyunda 10 nəfərlə mübarizə etdi və son dəqiqə qolu ilə məğlub oldu. "Qarabağ"ın baş məşqçisinin oyundan sonrakı müsahibəsində sizcə nədən danışdı? Asanı "судью на мыло" deyərək kənarda səhv axtarmaq və özünə bəraət qazandırmaq texnikalarından istifadə etmək idi. Qurban müəllim nə deyir?

    - Böyük təcrübə oldu. Belə oyunlar həm mənə, həm futbolçulara, həm kluba böyük təcrübə verir. Bir daha böyük futbolun hansı səviyyədə olduğunu canlı görürük. Bir daha gördüm ki, bu gün mənim düşündüklərim bəs etmir. Təcrübəmi, elmimi, biliyimi daha da artırmalıyam.

    Postumun əvvəlində Bodrovun verdiyi sualı bölüşmüşəm ki, bəs əsl güc nədədir? Bodrov qardaşının "pul" cavabı ilə razılaşmır və filmin sonrakı hissəsində öz cavabını verir - əsl güc həqiqətdədir (сила в правде) və kimdə həqiqət varsa, o güclüdür. Qurban müəllimin gücü hər dəfə həqiqətin tərəfində olmasındadır. Uduzanda özünə dərs çıxarmasında, udanda da kişi kimi düzgün udmağa çalışmasındadır. Fikir vermisinizsə "Qarabağ"ın futbolçuları dünən oyunun sonlarında yerə uzanıb vaxt uzatmırdı. Bu da əlbəttə ki, baş məşqçinin həqiqət və düzgünlük anlayışının bir təzahürüdür.

    P.S: Allah qismət etsin, Qurban müəllim yaşasın və nümunə olsun, biz də öyrənək. Məndən bu qədər.

    Toğrul Ələkbərov

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved