Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gedib o mahnının sözlərini öyrənəcəm" – Elvin Cəfərquliyev
    29.05.2023 14:57:07

    "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevn Prosport.Az-a müsahibəsi:

    – Bu, sizin "Qarabağ"da 2-ci çempionluğunuzdur. Mövsümü necə dəyərləndirirsiniz? İlk və indiki çempionluq arasında fərq nədədir?
    – Asan çempionluq olmur. "Qarabağ" komanda olaraq, ailə kimi zəhmət çəkdi və bunun da bəhrəsini gördük. Məncə, bu il daha çətin oldu. Amma dediyim kimi, asan çempionluq olmur. Sadəcə, müqayisə etsək, bu il gərgin oldu. "Sabah" bizə bu il çətinlik yaratdı. "Neftçi" ötənilki kimi çıxış etməsə də, onlarla da çətin oyunumuz oldu. Çətin çempionluq insana daha şirin gəlir, zövq verir.

    – Sizə də xaricdən maraq olduğu bildirilir. Karyeranızı "Qarabağ"da görürsünüz?
    – Karyeram barədə çox danışmaq istəmirəm. 2 illik müqaviləm var. Gələcək barədə bir söz deyə bilmərəm. Menecerim belə məsələlərlə məşğul olur. Hələ ki "Qarabağ"dayam, burda çox xoşbəxtəm. Burada bir ailə qazanmışam.

    – Mövsümün ən maraqlı, ən çətin oyunu hansı oldu?
    – Ən maraqlı "Sabah"la evdəki oyun oldu. 4:3 hesablı qələbə qazandıq. Çox maraqlı qollar izlədik.

    – Özünüz üçün ən məhsuldar mövsüm oldu...
    – Bəli. Bu mövsüm 5 qol vurdum, səhv etmirəmsə, 7-8 assist etdim. Mövsüm mənim üçün məhsuldar keçdi.

    – Toral Bayramovla rəqabət sizə üstünlük yaradır?
    – Əlbəttə, rəqabət çox önəmlidir. Rəqabət olan yerdə inkişaf olur. Ona görə də mənim üçün bu rəqabət mənə çox xoşdur.

    – Avrokuboklarda potensial rəqiblərə yəqin ki baxmısınız. Hansı rəqibləri istəyirsiniz?
    – Reytinqdə aşağı olan klubların düşməsini istərdim. Amma asan rəqib yoxdur. Çempionlar Liqasında öz ölkəsinin 1-ciləri gəlir. Yaxşı hazırlaşmalıyıq.

    – "Qarabağ"ın ziyafət günü mini musiqi yarışında iştirak etdiniz. Yəqin daha o mahnının sözlərini öyrənəcəksiniz...
    – (gülür) Orda ən çətin sözləri olan mahnı mənə düşdü. Məncə, Qara Qarayevlə Rişard Almeydaya asan düşmüşdü. Onlar mənə düşsəydi, daha asan ifa edərdim. Gedib öyrənərəm (gülür) (həmin video).

    Səbuhi Musa

    Futbol

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Basketbol

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Müsahibə

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Futbol

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved