Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bu gün bu federasiya üçün seçkilər keçiriləcək – ÖZƏL
    23.02.2024 09:00:00

    Bu gün Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının növbədənkənar Ümumi Yığıncağı baş tutacaq.

    Prosport.Az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında sözügedən federasiyanın İdarə Heyətinə yeni üzvlər seçiləcək. Seçki zamanı federasiyanın prezidenti və vitse-prezidentləri də müəyyənləşəcək. Həmçinin, 1 üzvün vəzifəsindən azad olunması da gündəlikdə duran məsələlərdəndir.

    Ötən ayın sonlarında nazirliyin kollegial iclasının qərarı ilə pauerliftinq, stronqmen və qol güləşi idman növləri və onların fənləri Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edilib. Məhz bu seçki zamanı bu 3 idman növü üzrə rəhbər şəxslər müəyyənləşdiriləcək.

    Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov yeni İdarə Heyətində yer almayacaq. Onları müvafiq olaraq Raif Süleymanov və armrestlinq üzrə usta idmançı Azər Məhərrəmov (Milli Qəhrəman "Fred Asif" kimi tanınmış Asif Məhərrəmovun oğlu – red.) əvəzləyəcək. Stronqmen üzrə sahəyə isə yenə əvvəlki tək bu federasiyanın prezidenti Bəxtiyar Quliyev rəhbərlik edəcək.

    Rauf Bünyatəliyev Bodibildinq və Fitnes Federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirəcək. Adlarını qeyd etdiyimiz şəxslər isə İdarə Heyətində yer almaqla yanaşı, Bünyatəliyevin vitse-prezidentləri olacaq.   

    Qeyd edək ki, Gənclər və İdman Nazirliyi Pauerliftinq, Stronqmen və Qol Güləşi Federasiyalarını akkreditasiyadan keçirməyib və onların ölkə daxilində yarış keçirmək hüququ əllərindən alınıb. Hər 3 quruma daha çox klub modelinə bənzəyən ictimai birlik statusunda fəaliyyət göstərmələri tövsiyə olunub.

    İlkin

    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Top oyunları

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Futzal

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Özəl xəbər

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved