Milli komandamızın sabiq futbolçusu Ruslan Abışov Rusiyanın "Dinamo" (Mahaçqala) komandasında təcrübə keçəcək.
Bu barədə Prosport.Az-a veteran futbolçunun qardaşı Sərxan İbrahimoğlu deyib.
Onun sözlərinə görə, Ruslan hazırda Türkiyənin Antalya bölgəsində hazırlıq keçən komanda ilə birgədir. O, 1 ay Dağıstan komandasının 71 yaşlı türkmənistanlı baş məşqçisi Qurban Berdıyevin yanında qalacaq. Daha sonra Bakıya qayıdıb, yenidən Mahaçqalaya qayıdacaq. O minimum yayadək komandanın düşərgəsində olacaq.
Xatırladaq ki, Ruslan Abışov 2013-2015-ci illərdə Qurban Berdıyevin çalışdırdığı "Rubin"inə (Kazan) məxsus futbolçu olub.
Qeyd edək ki, Mahaçqala "Dinamo"su hazırda Rusiya I divizionunda liderdir və Premyer Liqaya çıxmağa namizəddir.