Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Onlar nöqsanlara yol verdikləri üçün klubdan kənarlaşdırılıb" – İlqar Nadiri
    22.01.2024 16:33:24

    “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri yenicə işıq ucu görən kapazpfc.az saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, İlqar Nadiri müsahibəsində onu sosial şəbəkə vasitəsilə ittiham edən, stadiondakı dəmir məhsullarını oğurlamaqda ittiham edilərək işdən çıxarılan "Kəpəz"in sabiq mühafizə xidmətinin rəisi Elmar Əliyevə də cavab verib:

    – İlqar müəllim, komandanın çempionatın 2-ci hissəsinə hazırlığı ilə bağlı nə deyə bilərsiniz?
    – “Kəpəz” toplanışı Gəncədə keçdi. Bazamızda komandanın istər çempionat oyunları, istərsə də dövrələrarası müddətdə hazırlığı üçün hər cür şərait var. Təbii ki, yoxlama oyunları üçün Türkiyəyə yollanmaq istərdik. Amma büdcəmiz məhdud olduğu üçün gedə bilmədik. Bununla belə, Gəncədə komanda üçün müvafiq imkanlar yaradıldı. Futbolçular məşqçilər korpusunun hazırladığı proqrama uyğun olaraq hazırlaşa bildi. Düşünürəm ki, oyunçularımız yaxşı formada çalışdı və çempionata hazırdırlar.

    – Oyunlarımız yenidən Qəbələdə olacaq. Bu əlavə çətinliklər yaratmır?
    – Əslində biz ev oyunlarımızı səfərdə keçirmək istəməzdik. Mövsümün əvvəlində bu heç nəzərdə tutulmamışdı. Amma mövcud vəziyyət bunu tələb edir. Çox xoş hal oldu ki, cənab Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam verdi. Çoxminli azarkeşlərimiz adından dövlət başçısına təşəkkür edirik. Bu, Gəncəmiz, klubumuz üçün stimuldur. Arenanın istismar müddəti başa çatmışdı və yararsız hala düşmüşdü. İdman qurğusu tikilib istifadəyə verildikdən sonra komandamız azarkeşlərin önünə müasir, yeni stadionda çıxacaq. Bu müddət ərzində “Kəpəz” başqa yerlərdə oynamaq məcburiyyətindədir. Ona görə də tərəfimizdən ətraf şəhər və rayonlarda PFL-in tələblərinə cavab verən stadionlara baxış keçirildi. Çalışdıq ki, seçimimiz ilk növbədə Gəncəyə yaxın yer olsun. Çünki azarkeşlərimiz gəlib oyunlara baxa bilsin. Yol həm bizim, həm də onlar üçün uzaq olmasın. Hər turu səfərdə oynamaq digər problemlərlə yanaşı, yorğunluq da yaradır. İlk olaraq Tovuza üstünlük verdik, amma bildiyiniz kimi təbii fəlakətlə bağlı orada problem yarandı. Bu səbəbdən bir neçə oyunumuzu Qəbələdə keçirəcəyik. Tovuz stadionu bizi qəbul etməyə hazır olsa, bizim üçün daha əlverişli olar. Fürsətdən istifadə edib hər iki klub rəhbərliyinə isti qarşılanmaya görə minnətdarlığımı bildirirəm.

    – Stadionun da inşası ilə klubun daha bir problemi öz həllini tapacaq...
    – Əlbəttə, söküntü işləri olduqca sürətlə aparılıb və yekunlaşıb. İnşaat işlərinin nə vaxt başlayacağı ilə bağlı məlumat bizdə yoxdur. Çünki qurğu Gənclər və İdman Nazirliyinin balansındadır. Stadionun tez bir zamanda tikilərək istifadəyə verilməsini gözləyirik.

    – Komandanın qarşıya qoyulan vəzifələri yerinə yetirəcəyinə inanırsınız?
    – “Kəpəz” 2-ci mövsümdür ki, Premyer Liqada iştirak edir. Ötən mövsüm də buna bənzər oldu. Sadəcə, ötən çempionatdan fərqli olaraq, bu il yarış daha rəqabətli, gərgin keçir. İdman prinsipləri qorunduğu üçün klublar daha hazırlıqlıdır və özlərini sığortalamağa çalışırlar. Elə biz də çalışırıq ki, sonuncu yeri tutub elitanı tərk etməyək. Bunun üçün də nə lazımdırsa, artıqlaması ilə edilib. Heyətimizə sonradan cəlb olunan futbolçular oldu ki, bu transferlər bizim büdcəmizə uyğun deyildi. Həmin oyunçulara ehtiyac vardı, ona görə risk etdik. Hamımız bir kollektiv olaraq mübarizə aparırıq, inanırıq ki, sonda istəyimizə çatacağıq. Başlıca məqsədimiz Premyer Liqada yerimizi qoruyub saxlamaqdır.

    – Gəncə Futbol Akademiyası açılışa hazırdır. Sizcə, bu akademiya Gəncə futboluna nə verəcək?
    – Bəli, akademiya hazırdır. Sadəcə, açılış və təqdimat mərasimləri qalır. Akademiyanın Gəncə futboluna verəcəyi fayda çoxdur. Düzgün iş qurulmalı, strategiya müəyyənləşdirilməli, vəsait xərclənməlidir. Regionda olan istedadlı futbolçuları bura cəlb etmək lazımdır. Klub olaraq onları himayəyə götürməliyik. Uşaqların məşqləri, təhsili, qidalanması nəzarətdə saxlanılmalıdır. Bundan sonra bir neçə ilə əvvəlki vaxtlarda olduğu kimi, Gəncə futbolu milliyə layiqli futbolçular yetişdirə bilər. Akademiyanın şəraiti peşəkar fəaliyyət üçün böyük imkanlar yaradır. Arzulanan məşq meydanları, bir sözlə, hər cür şərait var.   

    – Sponsorla bağlı məsələ nə yerdədir?
    – Ölkədə bir çox şirkətlər, sahibkarlar, Gəncədən olan iş adamları ilə görüşüb danışmışıq. Görüşmədiyimiz, danışmadığımız adamların sayı azalıb. Sponsor məsələsi hələlik açıq olaraq qalır. Ümumiyyətlə, Azərbaycanda futbola sponsor tapmaq elə də asan iş deyil. Elə başa düşürəm ki, digər klublar üçün də belədir. Klubun bir və ya bir neçə sponsorunun olması prioritet məsələdir. Bu gün “Kəpəz” çempionatda sponsorsuz mübarizə aparır. İndi tələblərin artdığı bir çempionatda bu olduqca çətindir, mümkünsüzə bərabərdir. Bu ildən vergi ilə bağlı əlavə öhdəlik yaranıb. Vergilərlə bağlı dəyişiklik klubun büdcəsinə böyük təsir edəcək. Biz ümid edirdik ki, akademiya və stadionla əlaqədar məsələlər həllini tapandan sonra kluba sponsorluq etmək istəyən tərəflər çox ola bilər. Çünki artıq Gəncədə müvafiq şəraitli klub olacaq, yatırım etmək istəyən sponsorların əlavə vəsait xərcləməsinə ehtiyac qalmayacaq. Baza var, akademiya istifadəyə hazırdır, stadion tikiləcək. Yəni infrastruktur hazırdır, vəsait yalnız idman tərəfinə xərclənəcək. Bu amillər nəticələrin əldə olunmasına kömək edəcək. Bu da sponsor üçün dəstək və üstünlük deməkdir. Amma çox təəssüflər olsun ki, belə imkanların qarşısında ortada razılaşma yoxdur. Hazırda bu məqam azarkeşləri də yaxından maraqlandırır. Gəncə futbolunun, “Kəpəz”in tarixi ənənəsi var və bu ənənəyə layiq komanda olmalıdır. Klubun futbolu sevən böyük azarkeş ordusu var. Onlar da güclü komanda görmək istəyir. Bunun üçün də klubun stabil, dayanıqlı maliyyə dəstəyinə ehtiyacı var. Amma artıq biz 2-ci mövsümdür ki, sponsorsuz çıxış edirik. Əgər kimsə düşünürsə, klubu daha yaxşı yerlərə çıxarmağa töhvə verə, kömək edə bilər, biz həmin insanlarla da görüşməyə hazırıq. Adamlar var ki, fikirləşirlər kluba dəstəyi, köməyi dəyə bilər, onlara qapımız açıqdır. Klubun fəaliyyətində yaxından iştirak edə, rəhbərlikdə təmsil oluna bilər. Əsas məqsəd “Kəpəz”ə faydalı olmaqdır. Amma bu, dildə yox, əməldə olmalıdır.  

    – Sosial şəbəkələrdə az qisim insanlar tərəfindən əsas komandaya, şəxsən sizə və demək olar ki, kluba qarşı kampaniya aparılır. Bununla bağlı nə deyə bilərsiniz?
    – Şəxsən mənə qarşı bir neçə adam tərəfindən məqsədli şəkildə böhtan, şər atılır. Onların heç birinin əsası yoxdur. Əsassız şəkildə danışıb fikir formalaşdırmaq istəyirlər. Klubda hamı üzərinə düşən məsuliyyəti dərk edir və öz işini yerinə yetirir. Düzdür, iş olan yerdə müəyyən nöqsanlar da ola bilər. Amma bu o demək deyil ki, kimsə bilərəkdən klubun mənafeyinə zərbə vuracaq addım atır. Bu tamamilə mümkünsüz haldır. Əksinə, klubun mənafeyinə xidmət etməyən insanlar indi kənardadır. Daxildə heç bir mənfi proseslər baş vermir. Kənarda qalanlar özlərini yenidən burada görmək məqsədilə klubun əməkdaşlarına, rəhbərliyinə qarşı böhtanlar atmağa çalışır. Bəlkə də normal haldır, o insanları hardasa başa düşmək olar. Kənarda qaldıqlarından belə edirlər. Amma onlar işlərini icra edə bilmədikləri, nöqsanlara yol verdikləri üçün klubdan kənarlaşdırılıb. Əsassız olaraq heç kim işindən kənarlaşdırılmayıb. Hansı şəxs ki, bu gün sıralarımızda deyil, demək onun kluba verəcəyi fayda yoxdur. Bununla bağlı çox danışmaq istəmirəm. Əgər kiminsə əlində əsaslı, sübutlu bir şey varsa, rəsmi şəkildə müraciət edib, cavabını da ala bilər.

    Cüdo

    "Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular" – İranda işləyən azərbaycanlı məşqçi

    5.03.2026 13:57:55
    Müsahibə

    "Mən belə qalibiyyət istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova

    5.03.2026 09:37:46
    Basketbol

    "Bu, "Sabah"la oyunda qələbə qazanmaq üçün kifayət etmədi" – Bakı klubunun legioneri

    4.03.2026 15:43:26
    Cüdo

    "Kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir" – Rixard Trautmann

    3.03.2026 15:50:38
    Müsahibə

    "Sabah"ın məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi dağıtdıq" – Elnur Cəfərov

    27.02.2026 20:57:39
    Futbol

    "Kəpəz"də belə sponsorun olmasındansa, olmaması yaxşıdır" – Millət vəkilindən sərt sözlər

    26.02.2026 11:40:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08

    Milli komandaların məşqi və oyunları üçün bu məkandan istifadə olunacaq - FOTOLAR

    7.03.2026 12:46:04

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25

    Rəşad Nəbiyev Qran-pridə qızıl medal qazanan cüdoçunu təbrik etdi - FOTO

    7.03.2026 11:45:25

    Bakıda yenidən UFC turniri keçirilə bilər – Vayt açıqladı

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı: "İspaniyaya getmişdi"

    7.03.2026 09:16:21

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved