Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qəbələ"nin futbolçusu portuqaliyalılara "Qarabağ"dan danışdı – MÜSAHİBƏ
    22.01.2024 09:00:00

    "Qəbələ"nin ötən yay heyətinə qatdığı mərkəz müdafiəçisi Lukas Afriku Portuqaliya mətbuatına müsahibə verib. 28 yaşlı braziliyalı futbolçu məşhur "A Bola" nəşrinə müsahibəsində "Qəbələ" karyerasından, "Braqa"nın UEFA Avropa Liqasındakı rəqibi "Qarabağ"dan danışıb.

    Prosport.Az ölkəmizə gələnədək Portuqaliyada "Maritimu", "İşturil Praya" kimi klublarda 5 il çıxış etmiş futbolçunun müsahibəsinin Azərbaycanla bağlı olan hissəsini tərcümə edib.

    – Portuqaliyada biz soyuqdan şikayətlənirik. Qəbələdə, Azərbaycanda, danışdığımız vaxt axşam saat 5-də neçə dərəcə var?
    – Mənfi 1, soyuqdur (gülür).

    – Düşünürəm ki, bu ən böyük problemlərdən biridir. Bu təcrübədə başqa nə ilə qarşılaşdınız?
    – Bəli, soyuq da onlardan biridir. Amma sosial həyat da belədir. Portuqaliyada ölkə olaraq oynamaq mənə asan idi. Ölkə Braziliyaya bənzəyir, eyni dili paylaşırıq, insanlar arasında əlaqələr yaratmaq asandır. Azərbaycanda isə mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və evimə yaxın olan bəzi braziliyalılarla görüşməyim işimi bir az asanlaşdırdı. Bu yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm.

    – Ən çox nə üçün darıxırsınız?
    – Sosial həyatım, dostlarla olmaq, onlara daha yaxın olmaq, daha qısa səfərlərə imkan verən bir yerdə olmaq üçün. Amma buradakı təcrübəç çox gözəl oldu. Futbol bir az fərqlidir. Lakin o həm də çox standardlaşdırılıb və burada rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirib, yaxşı komanda və oyunçular var. 5 il Portuqaliyada oynamışam, Avropa futboluna öyrəşmişəm. Azərbaycan da oradan geri qalmayıb, bura da yaxşıdır.

    – İndi Kleziu ilə birlikdə "Qəbələ"də olacaqsınız...
    – O hələ çıxış edəcək (Kleziu Mozambik yığması ilə Afrika Millətlər Kubokunda çıxış edir).

    – “Qəbələ” də “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la artıq 2 dəfə üz-üzə gəlib. Və hətta həmin komandaya qol da vurmusunuz...
    – Bəli, bunu etmişəm. Ölkənin ən böyük komandasıdır. Çox yaxşı oyunçuları var, bunlardan bəziləri – Juninyu, Rişard və ya Juliu Romau kimi futbolçular Portuqaliyada oynayıb. Onlar "Braqa"nı yaxşı tanıyır. Çox yaxşı bərabər səviyyəli, 2 çox bacarıqlı komanda qarşılaşacaq.

    – “Qarabağ”ın güclü tərəfləri nələrdir?
    – Onların yaxşı məşqçisi var, hücumlarda çox yaxşı, çox sürətli, çox adamla hücuma keçirlər. Həm də müdafiə etməyi də bilirlər, çox aqressivdirlər. "Braqa" ilə bərabərlik onlar üçün çox yaxşı olacaq.

    – Bəs Portuqaliyada oynamış bu futbolçularla danışırsınız?
    – Bəli, danışıram, Juninyu və Rişardla möhkəm dostluğum var. Bir neçə dəfə onlarla görüşüb nahar etmişik. "Braqa" ilə oynayacaqlarını biləndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarının fərqindədirlər, lakin Portuqaliya həmişə xoş xatirələr gətirir.

    – "Qəbələ" ilə nə vaxta qədər müqaviləniz var?
    - İyun ayına qədər. Müqaviləmi daha 1 il artırmaq üçün seçim imkanım var.

    – Portuqaliyaya qayıtmaq istərdinizmi?
    – Gələcək Allaha məxsusdur. O fürsət gəlsə, yaxşı təkliflər olsa, təbii ki, bu haqda düşünəcəyəm, Portuqaliyaya qayıtmağa hazır olacağam. Mənim bu ölkəyə böyük sevgim var. Ölkəni və liqanı yaxşı tanıyıram. Bunlar qərar vermək üçün təhlil etməyiniz lazım olmayan amillərdir.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved