Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycan idmançılarını Olimpiada öncəsi gözləyən vacib yarışlar – SİYAHI
    4.01.2024 20:16:48

    2024-cü il idman yarışları ilə zəngin il olacaq. Belə ki, 26 iyul – 11 avqust tarixlərində Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları keçiriləcək.

    Deməli, həmin yarışa vəsiqə qazanmaq üçün idmançılarımız son şanslarından istifadə etməli olacaq. Prosport.Az bu baxımdan 2024-cü ildə Azərbaycan idmançılarının iştirak edəcəyi vacib yarışların siyahısını təqdim edir.

    12-20 fevral. Ağırlıqqaldırma üzrə Avropa çempionatı (Sofiya, Bolqarıstan)
    16-18 fevral. Cüdo üzrə "Böyük Dəbilqə" turniri (BAKI, AZƏRBAYCAN)
    24 fevral – 3 mart. 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı (Dyör, Macarıstan)  
    29 fevral – 12 mart. Boks üzrə 1-ci lisenziya turniri (Busto Arsitsyo, İtaliya)
    9-10 mart. Taekvondo üzrə Avropa lisenziya turniri (Sofiya, Bolqarıstan)
    2-11 aprel. Ağırlıqqaldırma üzrə Dünya Kuboku (Puket, Tailand)
    4-7 aprel. Güləş üzrə Avropa lisenziya turniri (BAKI, AZƏRBAYCAN)
    8-14 aprel. Badminton üzrə Avropa çempionatı (Zaarbrükken, Almaniya)
    11-19 aprel. Güllə atıcılığı üzrə dünya lisenziya turniri (Rio-de-Janeyro, Braziliya)
    17-18 aprel. 3x3 basketbolu üzrə universal 1-ci lisenziya turniri (İsraildə müharibə getdiyindən, yeni məkanı müəyyənləşməyib)
    22-30 aprel. Stend atıcılığı üzrə dünya lisenziya turniri (Doha, Qətər)
    24-28 aprel. Kişi idman gimnastikası üzrə Avropa çempionatı (Rimini, İtaliya)
    25-28 aprel. Cüdo üzrə Avropa çempionatı (Zaqreb, Xorvatiya)
    25-28 aprel. Avarçəkmə üzrə Avropa lisenziya reqatası/Avropa çempionatı (Seqed, Macarıstan)
    26-28 aprel. Qılıncoynatma üzrə Avropa lisenziya turniri (Diferdanj, Lüksemburq)
    2-5 may. Qadın idman gimnastikası üzrə Avropa çempionatı (Rimini, İtaliya)
    3-12 may. Oxatma üzrə Avropa lisenziya turniri/Avropa çempionatı (Esen, Almaniya)
    9-12 may. Güləş üzrə dünya lisenziya turniri (İstanbul, Türkiyə)
    15-27 may. Stend atıcılığı üzrə Avropa çempionatı (Lonato del Qarda, İtaliya)
    19-21 may. Avarçəkmə üzrə final təsnifat reqatası (Lutsern, İsveçrə)
    19-24 may. Cüdo üzrə dünya çempionatı (Əbu-Dabi, BƏƏ)
    22-26 may. Bədii gimnastika üzrə Avropa çempionatı (Budapeşt, Macarıstan)
    23-26 may. 3x3 basketbolu üzrə olimpiya lisenziya turniri (Debretsen, Macarıstan)
    23 may – 3 iyun. Boks üzrə 2-ci lisenziya turniri (Banqkok, Tailand)
    23 may – 9 iyun. 25/50 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı (Osiyek, Xorvatiya)
    7-12 iyun. Atletika üzrə Avropa çempionatı (Roma, İtaliya)
    15-16 iyun. Oxatma üzrə final komanda/fərdi lisenziya turniri (Antalya, Türkiyə)

    Qeyd edək ki, cüdoda Beynəlxalq Cüdo Federasiyasının (IJF) müəyyən etdiyi lisenziya xalları verən yarışlar (Portuqaliya, Avstriya, Düşənbə Qran-priləri, Paris, Bakı, Daşkənd, Tbilisi, Antalya, Qazaxıstan Barışı "Böyük Dəbilqə" turnirləri, Avropa və dünya çempionatları) iyunun 23-dək keçiriləcək və İJF 25 iyunda hər çəki dərəcəsi üzrə reytinq siyahısında olan ilk 17 idmançının adını açıqlayacaq.

    Həmçinin bir neçə yarış olacaq ki, bu mötəbər turnirlərin Olimpiadaya lisenziya baxımından rolu olmayacaq. Həmin turnirlər sadəcə, Avropa çempionu titulu baxımından önəm daşıyacaq. Həmin 4 turnir bunlardır:

    12-18 fevral. Güləş üzrə Avropa çempionatı (Buxarest, Rumıniya)
    15-29 aprel. Boks üzrə Avropa çempionatı (Belqrad, Serbiya)
    10-12 may. Taekvondo üzrə Avropa çempionatı (Belqrad, Serbiya)
    18-23 iyun. Qılıncoynatma üzrə Avropa çempionatı (Bazel, İsveçrə)

    Xatırladaq ki, Azərbaycan indiyədək 9 lisenziyanı rəsmiləşdirib. Atletikada çəkicatan Anna Skidan dünya çempionatında 74 metrlik məsafə limitini aşdığına görə, boksda Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) III Avropa Oyunlarında müvafiq olaraq yarımfinala və finala çıxmaqla, bədii gimnastikada Azərbaycan dünya çempionatında ilk "15-liy"ə düşməklə, güllə atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal qazanmaqla, taekvondoda Həşim Məhəmmədov (58 kq) "Böyük Dəbilqə" Seriyası reytinqi vasitəsilə, sərbəst güləşdə Məhəmmədxan Məhəmmədov (97 kq) və yunan-Roma güləşində Həsrət Cəfərovla (67 kq) Sənan Süleymanov (77 kq) dünya çempionatında ilk 5 idmançı arasına düşməklə Olimpiadaya lisenziya qazanıb.

    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Taekvondo

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved