Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fəxr etdim ki, döyüşdüyüm Qarabağda oyun idarə edəcəyəm" – Xankəndidə tarixə düşən hakim
    22.12.2023 20:46:20

    Azərbaycan Kubokunun 1/8 finalının "Qarabağ" – MOİK oyunu futbolumuzun tarixinə düşdü. İşğaldan azad olunduqdan sonra ilk dəfə Qarabağda oyun məhz Xankəndi şəhər stadionunda keçirildi. Bu görüşdə tarixə düşən təkcə qol vuran "Qarabağ"ın gənc forvardı Nəriman Axundzadə olmadı, həmçinin baş hakim Əli Əliyev işğaldan azad olunmuş torpaqlarımızda matç idarə etmiş ilk hakim kimi tarixə adını yazdırdı.

    Əli Əliyev özü də "Qarabağ" adına yad sima deyil. O, Aftandil Hacıyevin (indi "Qarabağ" Akademiyasının rəhbəri – S.M.) vaxtı ilə baş məşqçisi olduğu "Qarabağ"ın əvəzedici komandası ilə 2015/16 mövsümündə ölkə çempionu olub. Premyer Liqada "Kəpəz" və "Rəvan" kimi klublarda oynadıqdan sonra hakimlik fəaliyyətinə başlayıb. 2020-ci ildə uşaq liqalarında hakimlik edərkən, II Qarabağ Müharibəsində iştirak üçün təlimlərə çağırılıb və döyüşlərdə iştirak edib.

    Qalanını 29 yaşlı referi Prosport.Az saytına verdiyi müsahibədə özü izah edəcək.

    – Sizi Premyer Liqada az-az görürük. Sizcə, Xankəndidəki oyuna məhz sizin təyinatınızın səbəbi nə idi?
    – Bəli, Premyer Liqada cari mövsüm 2 oyunda baş hakim olmuşam. Sonuncu dəfə oktyabrın 1-də VIII turun "Araz-Naxçıvan" – "Zirə" oyununu idarə etmişdim. Ondan əvvəl isə avqustda IV turda "Qarabağ" – "Kəpəz" matçında baş hakim olmuşam. Cari mövsüm 2-ci dəfə "Qarabağ"ın matçına təyinat alırdım. Amma I və II Liqalarda da baş hakim kimi oyunlar idarə etmişəm. Bu matçda isə təyinatda yer alanlardan laynsman Taleh Məmmədov və 4-cü hakim Kamal Umudlu II Qarabağ Müharibəsinin veteranları idi. Özüm də döyüşdə iştirak etmişəm. Digər laynsman Şirmamed Mamedovun isə bibisioğlu şəhid olmuşdu. Mən düşünürəm ki, bu məqsədlə bu tarixi oyun bizə həvalə olunmuşdu.

    – Siz özünüz müharibədə nə vaxt iştirak etmisiniz?
    – 2020-ci ilin sentyabrın 21-də hərbi səfərbərliklə Sumqayıtın N saylı hərbi hissəsinə çağırılmışam. Atıcı əsgər idim. Döyüşlər başlayandan cəbhə ərazisinə yollanmışıq. Füzuli-Xocavənd istiqamətində və Laçın dəhlizi yolunda döyüşlərdə iştirak etmişəm. Döyüş bitdikdən sonra cəmləşmə məntəqəsi kimi Cəbrayılda olmuşam. "Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm.

    – Oyunun sizə verilməsini biləndə, hansı təəssüratları yaşadınız?
    – Əlbəttə, qürurlandım. Təyinatı eşidəndə, tüklərim biz-biz oldu. Fəxr hiss yaşadım ki, döyüşdüyüm, işğaldan azad etməyə çalışdığım Qarabağda oyun idarə edəcəyəm. Bundan xoşbəxt hisslər ola bilməz.

    – Yəqin ki, ağlınıza gəlməzdi ki, heç vaxt görmədiyiniz Xankəndidə keçirilən ilk futbol matçının baş hakimi olarsınız...
    – Özüm də başa düşmürəm ki, bu necə emosiyalardır. Stadionda tamaşaçılar "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" deyə qışqırırdı. Mənim üçün bundan dəyərli hisslər ola bilməz. Futbol oynamaq üçün hava da imkan verirdi. Ümumiyyətlə, oranın havası əladır. Stadionun şəraiti də yaxşı idi. Prezident İlham Əliyev oyundan öncə bizimlə görüşdü. Ali Baş Komandanla əsgər kimi görüşə bilməsəm də, hakim kimi görüşmək mənə qismət oldu. Bu da qürur keçiriləsi hisslərdir.

    – Oyunda cəmi 1 sarı vərəqə göstərdiniz. MOİK-in qapıçısı Zeynal Əhmədzadə 82-ci dəqiqədə oyunun bərpasını ləngitdiyinə görə cəzalandı...
    – Ümumiyyətlə, oyunda gərginlik olmadı. Futbolçular bir-birinə qarşı kobud oynamadı. Özləri də bu oyunun tarixi əhəmiyyətini başa düşürdülər.

    – Matçdan öncə ölkə başçısı meydana daxil olanda, sizinlə dialoqu da oldu. Sizə nə dedi?
    – Dedi ki, fəaliyyətinizdə uğurlar arzulayıram. Mən də təşəkkür etdim. Sonra "hansı tərəfə başlamalıyam, püşkü hansı komanda udub" kimi belə bir dialoqumuz oldu. O da topu MOİK tərəfə atdı.

    Səbuhi Musa

    Futbol

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27
    Futbol

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36
    Futbol

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41
    Futbol

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39
    Futbol

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13
    Futbol

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30

    Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"

    16.10.2026 17:25:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved