Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qol söz vermişdim, sözümü tutdum" – Reziuan Mirzov
    20.11.2023 15:01:19

    "Neftçi" Rusiya "Zenit"ini rusiyalı legioneri Rezuan Mirzovun dubluyla məğlub etdi. Təcrübəli sol cinah yarımmüdafiəçisi "Neftçi Arena"da 2:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. 

    – "Zenit"lə qarşılaşmadan hansı emosiyayla ayrıldınız?
    – Emosiyalar yalnız pozitivdir. Çünki güclü rəqib üzərində qələbə qazandıq. Yaxşı komandayla yaxşı oynadıq, yaxşı sınaq oldu. "Zenit"i məğlub etmək həmişə xoşdur.  

    – Bu komandaya Rusiyada "Arsenal"da çıxış edəndə 2 qol vurmuşdunuz. Onu da nəzərə alsaq ki, "Zenit"ə qarşı müxtəlif klubların heyətində dəfələrlə oynamışdınız, əlavə motivasiyanız vardı?
    – Elə bir xüsusi motivasiyam yox idi. Lakin "Zenit"ə qarşı oynamaq, qol vurmaq həmişə xoşdur. Üstəlik, qalib gəlirsənsə, bu dəyərli bir şeydir. Buna görə qələbə qazanmağımız yaxşı oldu. İndi növbəti rəsmi oyunumuza hazırlaşacağıq.

    – "Zenit"i yaxşı tanıdığınızı nəzərə alsaq, komandadan sizə matçadək rəqib haqda əlavə suallar verilirdi?
    – Bu yalnız oyunöncəsi mətbuat konfransında oldu ki, rəqibin hansı güclü-zəif tərəfləri var.

    – Yeri gəlmişkən, həmin konfransda qol vuracağınızı söz vermişdin, 2 qol vurdunuz...
    – Qol söz vermişdim, sözümü tutdum (gülür).

    – Bəlkə hər matçdan əvvəl azarkeşlərə belə qol söz verəsiniz, sonda da bombardir olasınız?
    – Sonra deyəcəklər ki, bax, söz vermişdi, əməl etmədi. Axı, hər dəfə qol vurmaq alınmır.

    – Maraqlıdır, "Zenit"in futbolçuları matçda sonra sizinlə oyunla, qollarınla bağlı söhbətləşdi?
    – Bəli. "Zenit"də qalan, əvvəldən tanıdığım futbolçularla söhbətləşdim. Baş məşqçiylə bir az danışdım. Onlara uğurlar arzuladım. Prinsipcə, kimi tanıyırdım, 2-3 nəfər idilər, hamıyla ünsiyyət qurdum.

    – Görürük ki, hər matçdan matça artırırsınız. Bu temp davam edəcək?
    – Ümid edirəm ki, hər dəfə artıracağam. Çünki bunadək çox zaman buraxdım. Hər oyundan oyuna özümə gəlirəm. Hesab edirəm ki, növbəti dəfə daha yaxşı olacaq.

    – Bu gün həm də komanda olaraq yaxşı oynadınız. Premyer Liqada isə bunu görmürük. Niyə belə olur? Bəlkə məsələ motivasiyadadır?
    – Ümid edirəm ki, növbəti matçda bu oyunu göstərəcəyik.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved