Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    ABŞ adından dünya çempionu olan Orucov: "Atam Azərbaycanı çox sevir"
    3.10.2023 12:02:47

    Ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan təmsilçisi qızıl medal qazana bilməsə də, dünya çempionu olmağı bacaran Azərbaycan əsilli idmançı oldu. Bu, ABŞ-ni təmsil edən Vitali Orucovdur. ABŞ-də o daha çox Vito Arucau kimi tanınır. Atası Vüqar Orucov 48 kq-da olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. İndi Vitali Serbiyanın paytaxtı Belqradda keçirilmiş dünya çempionatında qızıl medal almaqla atasının uğurunu təkrarlayıb.

    Ancaq Vitalinin uğuru indi başlamayıb. O, 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələrin, 2019-cu ildə Estoniyanın paytaxtı Tallində gənclərin dünya 2-cisi olub. Yeniyetmə və gənclərdə əldən verdiyi qızıl medalı böyüklərdə qazanmağı bacardı.

    Prosport.Az 24 yaşlı idmançıdan eksklüziv müsahibə götürüb. 

    – İlk dəfə sizin haqda Azərbaycan mətbuatında iyunda məlumat çıxdı. Məlum oldu ki, siz 61 kq-da Final X-də Nahşon Qarettə 2 görüşdə qalib gələrək ABŞ çempionu olmusunuz və Serbiyadakı dünya çempionatında iştirak hüququ əldə etmisiniz. İlk dəfə böyüklərdə iştirak edib, dünya çempionu olacağınızı gözləyirdiniz?
    – Mən dünya çempionatından qabaq apreldə US Open qalibi olmuşdum və milli komanda ilə mayda Argentinanın paytaxtı Buenos Ayresdə keçirilmiş Pan Amerika çempionatında iştirak etmişdim. Orda qızıl medal qazanmışdım. Final X-də qalib gəldikdən sonra isə dünya çempionatında iştirakım dəqiqləşdi. Əvvəlcə iyulda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş reytinq turnirində – Qran Pridə iştirak etdim və orada bürünc medal qazandım. Bu nəticələr məndə dünya çempionu olmaq üçün özünəəminlik verirdi... Dünya çempionu olmaq gözəl hissdir. Üstəlik, ABŞ millisi də komanda şəklində sərbəst güləşdə dünya çempionu oldu.

    – Dünya çempionatında bolqar, yapon, qırğız rəqiblərinizi asanlıqla məğlub etdiniz. Yalnız neytral statusda çıxış edən Rusiya güləşçisi Abbashacı Məhəmmədovla görüşünüz çətin keçdi. Lakin ona da 10:9 hesabı ilə qalib gəlməyi bacardınız...
    – Mən düşünmürəm ki, hansısa rəqibimlə görüşüm asan keçdi. Hesablara baxmayaraq, bu güləşçilər böyük nailiyyətləri olan çox çətin rəqiblər idi. Finaldakı rəqibim isə 2021-ci ildə Norveçin paytaxtı Osloda dünya çempionu olmuşdu. Həmin görüşdə qalib gəlmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Şadam ki, sonda belə yüksək səviyyəli turnirdə istəyimə çatdım.

    – Bilirsiniz ki, dünya çempionu olduğunuz 61 kq çəki dərəcəsi qeyri-olimpiya kateqoriyasıdır. Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadada iştirak etmək istəmirsiniz?
    – Təbii ki, hər bir idmançının arzusu Olimpiadada iştirak etməkdir. Mən də bunu istəyirəm. Bu səbəbdən çəkimi 57 kq-a salmağı düşünürəm. Əminəm ki, mən lisenziya qazanacağam. Həmin çəkidəki idmançımız Zeyn Riçards ilk görüşdə Azərbaycan güləşçisi Əliabbas Rzazadəyə 2:3 uduzaraq mübarizəni dayandırdı. Bu səbəbdən gələn ilin martında Meksikanın Akapulko şəhərində keçiriləcək lisenziya turnirində iştirak edəcəyim gözlənilir.

    – Sizin çıxış etdiyiniz çəkidə Azərbaycanı İntiqam Vəlizadə təmsil edirdi. Püşkə əsasən siz bir səbətdə mübarizə aparırdınız. Ancaq İntiqam Qırğızıstan güləşçisi Tahirbəy Jumasbəy Oğluya uduzmaqla sizinlə qarşılaşmaq imkanını qaçırdı. Ümumiyyətlə, Azərbaycan güləşçilərindən kiminləsə tanışlığınız varmı?
    – Azərbaycan millisinin məşqçilərini atam yaxşı tanıyır. Mənim Azərbaycan güləşçiləri ilə elə bir tanışlığım yoxdur. Ancaq Hacı Əliyevin güləş üslubunu bəyənirəm. Ümid edirəm ki, tezliklə məşq keçmək üçün Azərbaycana gələcəyəm və onların çoxu ilə Bakıda tanış olacağam.

    – Bu səfər nə vaxt reallaşa bilər?
    – Atamın Azərbaycanla çox əlaqəsi var. 65 kq-da çıxış edən yığma komandada dostum Yianni Diakomihalis Azərbaycanda toplanışda olub, oranı tərifləyirdi. Ümid edirəm ki, gələn il bu reallaşacaq və bir neçə həftə orada məşq keçəcəyik.

    – Atanız azərbaycanlıdır və Bakıda doğulub. Sizə ölkəmiz haqda nə deyib?
    – O, Azərbaycanı çox sevir! Lakin o, 90-cı illərin əvvəlində Belarusa köçməli oldu. Buna səbəb onun şəxsi məşqçisinin Belarusa köçməsi idi. Səhv etmirəmsə, məşqçisi milliyyətcə gürcü idi. Bunu atamın özündən də dəqiqləşdirə bilərsiniz. Atam güləşini davam etdirmək üçün bu qərarı verdi. Mənə isə həmişə deyir ki, istəyirəm Azərbaycanı öz gözlərinlə görəsən.

    – Soyadınız Orucov olsa da, Belarus familiyası kimi Arucau yazılır. Bunu original soyadınıza dəyişmək fikriniz yoxdur?
    – Belarusda doğulduğumdan (vikipediada ABŞ-də doğulduğu göstərilib – red.), familiyam bir az fərqli tələffüz olunur. ABŞ-yə köçərkən, sənədləşmə ilə bağlı problem yarandığından, bu cür qaldı. Bunu dəyişmək planım yoxdur. Çünki artıq bu soyadla tanınmışam. Adım artıq biznesdir. İndi onu dəyişmək çətin olar (gülür).

    – Atanız da dünya çempionatı zamanı orada idi. O da ABŞ millisində məşqçi işləyir?
    – Xeyr. O sadəcə məni dəstəkləmək üçün orada idi. Atam universitetdə və öz şəxsi zalında uşaqları hazırlaşdırır.

    – Atanız və siz dünya çempionu olan ilk ailə oldunuz və tarix yazdınız. Hətta Ümumdünya Güləş Birliyi bununla bağlı paylaşım da etmişdi. Bu haqda nə deyə bilərsiniz?
    – Mənə güləşi öyrətdiyi üçün atamın əvəzini verirəm. O mənə bu heyrətamiz hədiyyəni verib və mənə ən yaxşı olmağın təməllərini öyrədib. Bu xüsusi anı onunla bölüşə bildiyim üçün Tanrıya minnətdaram. O bilir ki, çox məşq edirəm və məncə, qazandığım uğurları onun görməsi çox gözəldir. Atamla müqayisə edilə bilməyim üçün görüləsi daha çox işim var. Ancaq düşünürəm ki, əla başlanğıc etdim.

    Səbuhi Musa

    Özəl xəbər

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi

    12.03.2026 00:00:46
    Futbol

    Miçoviçin Bakıya gəliş səbəbi bilindi: Dünya çempionu Azərbaycan adından çıxış edə bilər

    2.02.2026 16:32:58
    Futbol

    Cəfərquliyevi "Sent-Etyen" istəyə bilərmi? Menecer şirkəti fransızlardır – ARAŞDIRMA

    21.01.2026 20:36:01
    Futbol

    Azərbaycanda keçiriləcək dünya çempionatı bu stadionlarda baş tutacaq – EKSKLÜZİV

    26.12.2025 09:44:45
    Futbol

    "İmişli" AFFA-dan CAS-a şikayət etdi – EKSKLÜZİV

    23.12.2025 08:57:19
    Cüdo

    Daha bir paracüdoçumuzun gözləri görürmüş – Avropa çempionatına buraxılmayıb

    23.09.2025 09:39:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Tribunaların dolmasını istəyirəm" – "Gəncə"nin baş məşqçisi

    19.04.2026 21:23:29

    "Bu görüş meydanda yerli oyunçulara güvənməyin vacib olduğunu göstərdi" – "Neftçi"nin məşqçisi

    19.04.2026 21:15:09

    "Sumqayıt"ın 9 oyunluq qələbəsizlik seriyası başa çatdı - VİDEO

    19.04.2026 20:29:31

    "Neftçi" və "Gəncə" yarımfinalda

    19.04.2026 19:50:56

    "I Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil" - Jorj Kaşkilya

    19.04.2026 19:10:14

    "Yusif şəxsən mən tərəfdən cəzalandırılacaq" - Azər Bağırov

    19.04.2026 18:49:50

    Tovuz klubu Azərbaycan çempionu oldu

    19.04.2026 18:42:18

    "İmişli" Premyer Liqada qalmağı təmin etdi - VIDEO

    19.04.2026 17:33:12

    "Sumqayıt" – "Qəbələ": HEYƏTLƏR

    19.04.2026 17:12:40

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35

    Olimpiya çempionumuz niyə bürünc medal görüşünə buraxılmadı? – SƏBƏB

    19.04.2026 15:19:43

    "Gəncə" Azərbaycan çempionatının 3-cüsü oldu

    19.04.2026 15:11:16

    Federasiya rəhbərliyi Avropa çempionatında çıxış edəcək idmançılarla – FOTOLAR

    19.04.2026 15:03:46

    "Kəpəz" – "İmişli" oyunun start heyətləri bəlli oldu

    19.04.2026 15:00:59

    Azərbaycan cüdo üzrə Avropa çempionatını 4 medalla başa vurdu – YENİLƏNİB

    19.04.2026 14:46:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved