Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Qozyumov, çıxışına bir fırt! – YAZI
    20.09.2023 12:30:45

    Deyirlər ki, hər bir yaxşı idmançı həm də yaxşı məşqçi olmur. Biz bunu futbolda Dyeqo Maradanonanın ifasında görmüşük.

    Elə güləşdə də yaxın keçmişdə bunu görmüşdük. Hazırda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü olan Namiq Abdullayev sərbəst güləş millimizi 2020-2023-cü illərdə çalışdırdı. Ancaq olimpiya və üçqat Avropa çempionumuzun vaxtında yığma üzü aşağı doğru eniş yaşadı.

    Güləş Federasiyasının rəhbərliyi üçqat olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qozyumovu martda sərbəst güləş millimizə təyin etdi ki, bu qara zolaqdan komandanı çıxarsın. Ancaq 40 yaşlı osetin məşqçi də ilk ciddi imtahanından yaxşı qiymət ala bilmədi. Konkret 2 qiyməti aldı.

    Söhbət Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında göstərilən nəticələrdən gedir. Təbii ki, bu dünya çempionatında önəmli məsələ qızıl medal qazanmaq deyildi. Əsas məqam ilk "5-liy"ə düşmək idi. Çünki belədə gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqdıq.

    Bütün çəkilərdə – 10 çəkidə təmsil olunurduq bu yarışda. Bu 10 idmançının tən yarısı – 5-i legioner, Azərbaycan güləş məktəbinə aid olmayan atletlər idi. Məhəmməd-Bəşir Xanıyev (70 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) Rusiya/Dağıstan avarı, Georgi Meşvildişvili (125 kq) isə gürcü idi. Yeri gəlmişkən, bilməyənlər üçün deyim ki, Qozyumovun 4 köməkçisindən 3-ü əcnəbidir: Zəlimxan Hüseynov, Şərif Şərifov və Teymuraz Kokoyev...

    Əslində digər ölkələrdə də legionerlər var. Güləşdə xüsusən Dağıstan məktəbi dünyanın az dörd bir yanına yayılıb. Ancaq 65 kq-da balkar türkü İsmail Musukayev Macarıstana və 97 kq-da Əhməd Tajuddinov Bəhreynə həm olimpiya lisenziyası, həm də dünya çempionluğu qazandırırsa, burada legionerlərin səviyyəsi sorğulanmalıdır. Bu qədər legioneri olan milli isə cəmi 2 gümüş medalla kifayətləndi. Osman Nurməhəmmədov qeyri-olimpiya, Məhəmmədxan Məhəmmədov olimpiya çəkisində finalda uduzub, gümüş medala üzülməli oldu. Osman Rzabəy Aitmuxana uduzmaqla Qazaxıstanın sərbəst güləşdə ilk dünya çempionu olmasına şərait yaratdı. 20 yaşlı avar Tajuddinov isə öz millətindən olan Məhəmmədxana qalib gəlməklə gənc yaşda ilk dünya çempionluğunu qazandı.

    Sual doğur: bizdə niyə bu alınmadı? Axı Xetaq Qozyumov yarışdan öncə media önündə minimum 6 lisenziyanın ola biləcəyindən dəm vurmuşdu. Görünür, heç bir önəmi daşımayan, Olimpiadaya lisenziya verməyən apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında millimizin 1-ci olması (onda Rusiya güləşçiləri yarışa buraxılmamışdı – red.) Qozyumovun başını gicəlləndirmişdi. Yeri gəlmişkən, onda da Osman Nurməhəmmədovla Məhəmmədxan Məhəmmədov final səddini keçə bilməyib, gümüş medalla kifayətlənmişdi...

    İndi isə ümid qalır gələn ilin aprelində Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə və mayda İstanbulda təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə.

    Yuxarıda qeyd etdiyim kimi, bu yarışa görə Xetaq Qozyumovun millisinə 2 düşür. Osetinlərdə "oğlu" sözünə "fırt" deyirlər. Qozyumov, çıxışına bir fırt!

    Səbuhi Musa

    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Akademiya

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    Futbol

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    P.S.

    “Əmi, “Sabah” bayquşdur?” - YAZI + VİDEO

    2.03.2026 11:45:38
    Futbol

    "Neftçi" özünə gəlib! - YAZI

    28.02.2026 19:14:53
    Futbol

    Hakimlər Azərbaycan çempionatına necə təyinat alır? – YAZI

    24.02.2026 11:36:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan – Qazaxıstan oyununda 7 qol vuruldu

    6.06.2026 23:47:43

    Konfrans Liqası: UEFA "Turan Tovuz"u "Zirə" ilə əvəzlədi - FOTOFAKT

    6.06.2026 23:01:10

    "Bu, vaxt və zəhmət tələb edən prosesdir" - Rəşad Eyubov

    6.06.2026 22:51:24

    Basketbol yığmamız Dünya Kubokunun yarımfinalında

    6.06.2026 22:03:19

    Saşa İliç Avropanın tanınmış klubu ilə anlaşdı

    6.06.2026 21:40:15

    "Zirə" sabiq futbolçusunu qaytarmaq istəyir

    6.06.2026 21:05:24

    Cüdoçularımız Tallindəki turnirə 3 medalla start verdi

    6.06.2026 20:32:25

    Azərbaycanın U-21 yığması Bəhreynə 3 qol vurdu

    6.06.2026 20:00:58

    Kişi voleybolçularımız da Avropa Liqasına uğursuz başladı

    6.06.2026 19:42:51

    Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib

    6.06.2026 19:28:01

    Bakıda keçiriləcək dünya çempionatının təqvimi bilindi

    6.06.2026 18:15:41

    FIFA klublarımıza ödəniləcək vəsaiti artırdı

    6.06.2026 14:43:40

    "Şamaxı" daha bir futbolçu ilə vidalaşdı

    6.06.2026 14:38:33

    "Belə davam etsə, "Kayzerslautern"də qalmayacağam" - Mahir Emreli

    6.06.2026 13:40:55

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved