Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın sonuncu məşqi "Neftçi" üçün ağır oldu – YAZI
    21.04.2025 09:08:13

    Baş tutan sonuncu “Qarabağ” – “Neftçi” matçı yenə də “ağdamlı”ların mütləq qələbəsi ilə yekunlaşdı. Əslində bu nə azarkeşlər üçün sürpriz oldu, nə də futbol ictimaiyyəti üçün. Neftçi" – "Qarabağ" matçı derbi deyil, artıq heç böyük oyun da deyil, ümumiyyətlə son oyun “Qarabağ”ın məşq prosesindən fərqlənmirdi. 

    “Neftçi”nin problemi barədə bəlkə də yüzlərlə şərh yazılıb, yüzlərlə fikir irəli sürülüb. Ortaq gəlinən nəticə isə budur ki, bu heyət Azərbaycan Premyer Liqasında oynamağa qadir deyil. Baş məşqçi Samir Abasovun demək olar ki, son matçlardan sonra mətbuat konfransında səsləndirdiyi fikirlər aşağı-yuxarı bunu deməyə əsas verir. Baş məşqçi konkret olaraq heyətdə ad çəkib demək istəməsə də, ümumi ab-havadan nə qədər narazı olduğunu görmək mümkündür. Müdafiə xəttində Yuri Matias, Azər Salahlı, Azər Əliyev kimi futbolçuları olan məşqçi neyləsin axı? Düzdür, yanvarda gərək ki, müdafiəçi transfer edəydilər, amma düşünürəm ki, Abasov bu məsələdə tələsib sələfləri kimi səhv etmək istəmədi və bu problemi yay transfer pəncərəsinə saxladı. Yox, əgər yayda bu 3 futbolçu ilə müqavilələrin müddəti yenə artırılsa, yayılan söz-söhbətləri daha da alovlandıracaq. 

    Yarımmüdafiə xətti klubda normal sayılacaq yeganə zonadır desək, əminəm ki, mənimlə razılaşarsınız. Ancaq, hücum və müdafiədəki etibarsız oyun onların da əziyyətini heç edir. 

    Hücum xəttindən isə danışmağa ehtiyac yoxdur....

    Bəs problemləri necə həll etmək olar? Təbii ki, büdcəsi milyonlarla olan klubun heyət qurmaqda bu qədər aciz olmasının səbəbkarı seleksiya işini birbaşa öz üzərinə götürən adamların bu sahəni öz qazancları kimi görməsindədir. Bu futbolçuların çoxu Roman Qriqorçukun vaxtında transfer edilib və idman direktoru Andersonun “ok”u alınıb. Bəh-bəhlə ölkə futboluna sırıdılan Anderson bu prosesdən yaxşıca pul qazanmamış olmaz. Futbolçuların bəzilərinin müqavilələri hələ də davam etdiyindən onlarla bunu pozmaq da asan olmayacaq. Bunun üçün indidən danışıqlara başlamalı, futbolçuları mövsüm sonunda yola salmaq lazımdır.

    Səbuhi Sadiq

    PS: “Neftçi 2”dən 3-4 oyunçu cəlb edib onların yerinə əsas heyətə buraxsalar ki, inanın ki, daha faydaları olarlar.

    İkinci həll yolu isə, növbəti ili də qurban verib optimal heyət üçün 1-2 transfer pəncərəsi gözləməkdir. Nəzərə alaq ki, təkcə yayda tez-bazar qurulacaq heyət yenə də “köhnə tas” effekti verər, bu səbəbdən bir ili heyət qurmağa həsr etmək məntiqli görsənir. Bu il ərzində də köhnə futbolçularla sağollaşmaq mümkün olacaq. Əminəm ki, 10 ildir uğursuzluq görməkdən yorulan azarkeşlər uğur naminə 1 il də gözləyərlər.

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32

    I Liqa klubundan yeni transfer

    4.09.2026 11:49:38

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28

    Millimizin türkiyəli baş məşqçisi ilə yollar ayrıldı

    4.09.2026 10:26:43

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57

    Qız voleybolçularımızdan Avropa çempionatında erkən vida, oğlanlar 2 qələbə qazandı

    3.09.2026 23:05:15

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində səs-küylü ayrılıq

    3.09.2026 21:46:13

    "Neftçi SOCAR" mövsüm finalında Fransa, Niderland, Almaniya millilərinə qarşı

    3.09.2026 21:09:43

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40

    "Zirə"dən günün 2-ci transferi - VİDEO

    3.09.2026 20:20:17

    "Karvan Yevlax" mövsümə qələbə, "Səbail" və "Xankəndi" heç-heçə ilə başladı

    3.09.2026 19:41:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved