Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Mövsümün əvvəlində gülən, sonunda kədərlənən klub – YAZI
    3.06.2025 14:09:20

    Yeni mövsüm, yeni baş məşqçi, yeni futbolçular, yeni ümidlər, ancaq köhnə hamam, köhnə tas... “Neftçi”nin son illərini bir cümlə ilə izah etmək istəsək, məncə ən idealı bu olar. Hər mövsümün başlanğıcında eyni şeyi görüb, hər mövsümün sonunda eyni kədəri yaşayan bir klub. Nə düzgün getmir? 

    Roman Qriqorçuk komandanın baş məşqçisi təyin olunanda media, azarkeşlər, hər kəs “aha, deyəsən irəliləyiş var” deyə düşündü. Hətta, bu “Neftçi”nin “Qarabağ”ın hegemonluğuna son qoyacağını iddia edənlər də vardı. Amma, gəl ki ölkəmizdə çox sevilən Roman bir qələbə belə qazana bilmədən “Neftçi” azarkeşlərin nifrəti ilə yola salındı. Nə etmədi ki, Roman. Ən əsası klubdaxili xaos yaratdı. Kapitanlığı Emin Mahmudovdan aldı, kapitan adına layiq olmayanlara verdi. Bu hərəkətlə illərini “Neftçi”yə vermiş Emini 10 addım geriyə saldı. Özü ilə gətirdiyi futbolçular isə... Bu cümləni tamamlamağa ehtiyac belə yoxdur. Qara Qarayev kimi futbolçunu “oyununa uyğun deyil” deyə oynatmadı, əvəzində aldığı futbolçuların səviyyəsi isə Qaranın yanından belə keçə bilmədi. 

    Rəhbərliyin dəyişməsi, idarəçilikdə türk modeli klubu görüntü baxımından “şən” göstərsə də, problemlər aşıb-daşırdı. Belə bir anda gözlər yeni baş məşqçiyə çevrildi. Klubu son dəfə çempion edən Samir Abasov yenidən “Sumqayıt”dan qoparıldı. Samir Abasov bir çox şeyi dəyişdi, ya da dəyişməyə cəhd etdi. Qələbələr qazandı, azarkeşlərə ümid verdi, amma lazım olanı bacarmaq üçün əlində olanlardan istifadə edə bilmədi. Çünki əlində olan futbolçular azarkeşlərin dili ilə desək, “istifadəyə yararsız” idi. Kubokda “Sabah”a məğlubiyyət isə “Neftçi”nin 1 ilini də medalsız başa vurmasına səbəb oldu.  Beləcə daha bir uğursuz mövsüm “Neftçi” üçün başa çatdı. 

    Klubun əsas problemi müdafiə idi desəm, yəqin ki, hamı mənimlə razılaşar. Yuri Matias, Azər Salahlı, Höccət Haqverdi, Azər Əliyev və s. Bu mövqedəki hər kəs sanki rəqibdən oynadıqlarını göstərmək üçün əlindən gələni edirdi. Hətta özünü meydanda “lider” kimi göstərməyə, daha doğrusu azarkeşlərə özünü “lider” kimi sırımağa çalışan Yuri hər oyunda o qədər kobud səhvlər edirdi ki, bu hərəkətlər hətta, adamın bukmeyker kontorlarına çalışdığını iddia etmək üçün əsas verirdi. Nə isə... Yazdıqca yenə də əsəbiləşirəm...

    Klub bu mövsüm ərzində 13 futbolçu transfer edib və bu fubolçuların faydalı iş əmsalı demək olar ki, 0-a bərabər olub. Təsəvvür edirsiniz??? 13 futbolçu transfer edəsən və onlardan 1-2-sini çıxmaq şərtilə heç bir fayda görə bilməyəsən... Bu da onu deməyə əsas verir ki, transfer siyasəti də həmin futbolçular kimi 0-a bərabər oldu.  

    Bir neçə gün əvvəl klubdan verilən məlumata görə, 7 futbolçu ilə yollar ayrıldı və bu siyahı yəqin ki, uzanacaq. Baş məşqçi Samir Abasov öz postunda qaldı, növbəti mövsüm üçün yeni hədəflər qoyuldu. 

    Klub bu mövsüm avrokuboklarda da iştirak etməyəcək. Bəlkə də elə ən xeyirlisi bu oldu. Hazırlaşmaq, yeni heyət qurmaq, ötən illərdəki səhvləri müzakirə edib, nəticə çıxarmaq daha asan olacaq. Əgər ki yazılanları doğru etsələr, “Neftçi” növbəti mövsümdə əvvəlki əzəmətini qaytara bilər. Bunu ən çox gözləyən və türklər demiş, “haqq edən” azarkeşlərdir. İllər boyu kədərə qərq olan “Neftçi” azarkeşləri.. Onların da gülməyə, sevinməyə, kubokla fotolar paylaşmağa haqqı var. 

    Səbuhi SADİQ
    Prosport.az üçün

    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Futbol

    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI

    2.04.2026 16:06:01
    P.S.

    Elxan Məmmədovla açılan cığır – YAZI

    18.03.2026 11:41:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Klublarımızın oyunları 3 fərqli telekanalda

    20.07.2026 23:52:11

    FIFA Argentina millisi ilə bağlı araşdırmalara başladı

    20.07.2026 23:16:12

    "Qarabağ"ın rəqibi yeni mövsümə xal itkisi ilə başladı

    20.07.2026 22:18:19

    Montiel "Qarabağ"dan buna görə kənarlaşdırılıb - ŞOK SƏBƏB

    20.07.2026 21:49:55

    I Liqa klubu yeni qapıçı transfer etdi

    20.07.2026 21:20:07

    "Araz-Naxçıvan" böyükhesablı qələbə qazandı

    20.07.2026 20:59:39

    Sabiq baş məşqçi vəfat etdi

    20.07.2026 20:18:04

    “Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq” – Tahir Süleymanov

    20.07.2026 19:56:11

    "Şamaxı"dan heç-heçə

    20.07.2026 19:24:15

    "Özümüzü qələbəyə "ac" hiss edirik" - "KuPS"un qapıçısı

    20.07.2026 18:56:36

    "KuPS" güclü rəqibdir, 1 həftədir onları təhlil edirik" - Coy-Lens Mikels

    20.07.2026 18:23:27

    "İcazə verin, ilk növbədə sabahkı oyuna köklənək" - Valdas Dambrauskas

    20.07.2026 17:57:02

    "Sabahkı oyunun favoriti "Sabah"dır" - "KuPS"un baş məçqçisi

    20.07.2026 17:39:50

    "Sabahın Ulduzları" qayıdır - Sponsorla müqavilə imzalandı

    20.07.2026 17:12:15

    "AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var" - Edmond Klaus

    20.07.2026 16:58:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved