Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti dəfə beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasında VI turun "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) görüşündə baş hakim olacaq.
K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov yan xətt hakimləri qismində kömək edəcəklər.
Qeyd edək ki, dekabrın 9-da Berqamo şəhərindəki "Bortolotti" İdman Mərkəzində keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
