Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.
Prosport.Az xəbər verir ki, qatı duman səbəbindan dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib.
Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.
17:27
Azərbaycan Premyer Liqasında XIV turun "Qəbələ" - "Turan Tovuz" oyunu dayandırılıb.
Prosport.Az xəbər verir ki, buna qatı dumanın meydançada görməni məhdudlaşdırması səbəb olub.
Bundan başqa, dumanlı hava şəraiti ilə əlaqədar VAR-la bağlı problem yaranıb, uzaq kameralar işləməyib.
Problem barədə baş hakim Tural Qurbanov komandaların kapitanlarını məlumatlandırıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.
