"Gəncə" basketbolçusu Ayzeya Todd ilə yolları ayırıb. Prosport.Az xəbər verir ki, ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Ayzeya Todda təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.