Azərbaycan Basketbol Liqasında (ABL) VII tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə son ölkə çempionu "Sabah" ilə "Neftçi" üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan turun mərkəzi matçında "bayquşlar" 93:78 hesablı qələbəyə sevinib. Bu, lider "Neftçi"nin ABL-də ilk məğlubiyyəti olub.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.
