Xorvatiyanın paytaxtı Zaqrebdə start götürən cüdo üzrə Qran-pri turnirinin ilk günündə Azərbaycan yığması aktivinə bürünc medal yazdırıb.
Prosport.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Xorvatiya və Çin Taypeyi təmsilçilərini üstələyərək 1/4 finala yüksələn cüdoçumuz burada macarıstanlı Roza Dyertyaşa məğlub olub. Təsəlliverici görüşdə kosovolu Fatjona Kasapini keçən Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada italiyalı İlaria Finestroneni üstələyib.
