Tovuzun "Turan" qadın voleybol klubu bu gün qrup mərhələsinə düşəcəyi halda, qarşılaşacağı rəqiblər bəllidir.
Prosport.Az-ın xəbərinə görə, rəqiblər İtaliyanın "Savino Del Bene Skandiççi" (İtaliya), "Əczaçıbaşı Peron" (Türkiyə) və TENT (Serbiya) olacaq.
Komandalar D qrupunda mübarizə aparacaq. Ümumilikdə Çempionlar Liqasının əsas mərhələsi 5 qrupdan və 20 komandadan ibarətdir.
Qeyd edək ki, bu gün "Turan" Bolqarıstanın "Maritsa" komandası ilə qarşılaşacaq. Saat 18:00-da başlayacaq və Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmada istənilən hesablı qələbə komandamızı Çempionlar Liqasının qrup mərhələsinə daşıyacaq.
Xatırladaq ki, Plovdiv şəhərində keçirilmiş ilk oyunda "Turan" meydan sahiblərinə 3:0 hesabı ilə qalib gəlib.
