Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Xorvatiyada "Mladost"un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.
"Turan"ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın "Maritsa" klubu olacaq. 3-5 noyabr tarixlərində Tovuz Olimpiya İdman Kompleksində ilk matç baş tutacaq. Cavab qarşılaşması 10-12 noyabrda Plovdivin Velodrom (Kolodruma) İdman Zalında keçiriləcək.
Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.
