Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.
Prosport.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.
12:31
Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, komanda C Divizionunda Mozambik yığması ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində baş tutan görüş komandamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma növbəti matçda Vyetnamla qarşılaşacaq. Görüş bu gün saat 19:30-da başlayacaq.
10:00
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Mozambik yığması ilə qarşılaşacaq. Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da başlayacaq.
Bu cütün qalibi Kuba – Vyetnam duelinin güclüsü, məğlubu isə həmin matçda uduzan tərəflə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.
