Rusiyanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Denis Pervuşin Bakının ev sahibliyi etdiyi FIFA dünya çempionatı və festivalında hökm sürən dostluq mühiti barədə danışıb.
Prosport.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yerli könüllülər tədbir iştirakçılarına fəal şəkildə kömək edir və komanda təşkilati məsələlərlə bağlı heç bir problemlə üzləşmir:
“Turnir qlobal miqyaslıdır, hər şey dostluq şəraitində keçir. Könüllülər hər yerdə kömək edirlər, heç bir problem yoxdur”, — deyə Pervuşin bildirib.
Rusiya yığması 2022-ci ildən bəri ilk dəfə FIFA-nın himayəsi altında keçirilən turnirdə iştirak edir. Komanda yarışda Rusiyanın bayrağı altında çıxış edir və himnin müşayiəti ilə təmsil olunur.
