Azərbaycanda təşkil edilən U-15-lərin dünya çempionatında İngiltərə ilə İrlandiya yığmaları arasında keçirilən oyun zamanı baş verən insidentlə bağlı FIFA araşdırmaya başlayıb.
Prosport.Az Britaniya mətuatına istinadən xəbər verir ki, ali futbol qurumu hadisə ilə bağlı hələ yekun qərarını verməyib.
Qeyd edək ki, İrlandiya 4:1 hesabı ilə öndə olarkən İngiltərə millisinin üzvləri 40-cı dəqiqədə oynamaqdan imtina edərək meydandan çıxıblar. Nəticədə hakim görüşü dayandırıb. Səbəb kimi isə irlandiyalı bir oyunçunun rəqibə “meymun” deməsi olub. İrqçilikdən şikayətlənən İngiltərə Futbol Assosiasiyası FIFA-ya müraciət edərək, lazımi tədbirin görülməsini istəyib.
